APİTERAPİYA

Propolis

Vərəmum, bərəmum (Propolis) – arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır.Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır.

 

Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə , sonra qədim Yunanıstanda və Romada istifadə olunmuşdur. Onun dərman xüsusiyyətləri barədə Dioskorid(b.e.ə. I əsr) "Dərman vasitələri haqqında", İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu" əsərində yazmışdır.

 

Farmakoloji təsirləri

Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.

Propolis əsasən üç formada - spirtlə, suyla və balla qarışdırılaraq dərman kimi qəbul edilir. Müxtəlif kremlərdə istifadə olunur.

0 AZN
Kateqoriya :
Paylaş :
Cicek Tozu

Çiçək tozu (polen)

 

Polen çiçəkli bitkilərin erkək orqan hüceyrələridir. İçərisində çox qiymətli maddələrə görə təbiətdəki ən mükəmməl qidaların başında gəlir. Başqa heç bir təbii qida bu qədər zəngin tərkibə malik deyil. Polen ən zəngin protein qaynağıdır. İnsan bir günlük protein ehtiyacını 20 qram polen qəbul etməklə tam ödəyə bilər.

Dadı turşdur, xoşagələn ətri var. Çiçək tozu baldan 12 dəfə güclü qida hesab olunur.

 

Arılar çiçək tozunu necə toplayır?

Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur. İşçi arılar yetişmiş çiçək tozcuqlarını ağız şirəsi ilə yoğurub kündə halına salır, üçüncü cüt arxa ayaqlarında olan qarmağa sancırlar. Bu məhsulla qidalanan arı süfrələrinin kütləsi üç gündə 1500 dəfə artır.

 

Çiçək tozu xüsusi aparatla yığılır və xüsusi temperaturda, polen qurutma aparatında qurudulur.

 

Polenin tərkibi

- proteinlər(zülallar) – 11 – 35%

- karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39%

- lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20%

- makroelementlər (K, Ca, P, Fe, Mg)

- mikroelementlər (Mn, Cr, Zn, I və sair).

- vitaminlər: karotinoidlər (provitamin А), С, D, Е, В qrupu, Р, РР, H, К)

- bütün əvəzedilməz amin turşuları

- fitoharmonlar, flavonoidlər, su – 3 – 4%

 

Faydaları

Stressə qarşı davamlığı artırır

İmmun sistemini stimullaşdırır

Radiasiyaya davamlığı artırır

Qara ciyər toxumasının funksiyalarını bərpa edir

Qanın laxtalanmasını bir qədər azaldır

Qanda xolesterinin miqdarını azaldır

Qan-damar sisteminin işini yaxşılaşdırır

Həzm prosesini normallaşdırır

Sidik və öd ayrılmasını stimullaşdırır

Bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyasını tənzimləyir

Orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır

Fiziki və əqli iş qabiliyyətini artırır

Dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır

Kişi cinsiyyət qabiliyyətini artırır

 

Farmakoloji təsiri

- antisklerotik

- maddələr mübadiləsinin tənzimləməsi

- həyat tonusu qaldırılması

- antimikrob

- antivirus

- göbələk əleyhinə

- antiiltihab

- ümumi möhkəmləndirici

- cavanlaşdırıcı

- antioksidant (hüceyrədaxili yağların oksidləşməsinin qarşısını alır, bu da şiş xəstəliklərinin profilaktikasında və uzunömürlülük üçün vacibdir)

 

Bu hallarda məsləhət görülür

Asteniya, nevrasteniya, depressiyalarda

Veqetatıv nevrozlarda, baş ağrılarında,yaddaşın azalmasında

Maddələr mübadiləsinin pozulması və böyümənin ləngiməsində

Venaların varikoz genişlənməsində və ürək-damar xəstəliklərində

Onikibarmaq bağırsağın qastrit və xorasında

Nazik və yoğun bağırsaqların kolit, enterit və digər xəstəliklərində

Xroniki hepatitlərdə, şəkər xəstəliyində

Böyrəyin xroniki xəstəliklərində, prostatitlərdə

Prostat vəzinin adenomasında, impotentlikdə

Zədələnmiş toxumaların bərpasında, qocalma proseslərinin profilaktikasında

Miokard distrofiyasında

Stenokardiyada

Aterosklerozda

Anemiyada

Hipertoniyada

Ürəyin işemik xəstəliyində

Tromboza meyillilikdə

Karonarokardiosklerosda

Hipotoniyada

Saçın tökülməsində

Dermatitlərdə

Hamiləlikdə

Hipo və avitaminozlarda

Sınıqlarda, yaralarda, yanıqlarda

Konyuktivitdə, görmənin zəifləməsində

İmmunitetin zəifləməsində

Qara ciyərin bərpasında

Fiziki və əqli yorulmalarda

Radioaktiv şüalanmada

 

 

İstifadə qaydası

Çiçək tozunu bir ay qəbul etmək məsləhətdir. Profilaktik məqsədlə ildə iki dəfə - yaz və payızda. Müalicə məqsədi ilə və zəif uşaqlarda hər üç aydan bir qəbul etmək daha yaxşıdır. Böyüklər üçün 1-2 çay qaşığı, uşaqlar üçün 0,5 çay qaşığından 1 çay qaşığına qədər. Suya qarışdırdıqda bir çay qaşığı bal da əlavə etmək olar. Təzyiqi çox aşağı olanlar üçün yeməkdən sonra və bal əlavə olunması yaxşıdır.

 

Qaraciyər və böyrək xəstələri həkim təyinatıyla qəbul etməlidir. Polenə allergiyası olanların qəbul etmələri məsləhət deyil.

17 AZN
Kateqoriya :
Paylaş :
Homogenat

Homogenat

 

Homogenat (erkək bal arısı sürfələrinin həlməşiyi)

Qaymağa bənzər, özunə məxsus iyi və dadı olan homegenat çox qiymətli bioloji aktiv qidadır. Tərkibində zülallardan, təbii şəkildə testestoron, progestoron, ekstradiol kimi insana lazım olan hormonlar var. Eləcə də bütün vitamin qrupları (vitamin D-nin miqdarı isə balıq yağında olduğundan dəfələrlə coxdur) homogenatın tərkibində yer alır. Arı məhsulları içərisində vitamin zənginliyinə görə birincidir: A, E, B1, B2, B3, B5, B6

 

İstifadəsi

 

*Endokrin sisteminin pozuntuları (hipofizlər) aradan qalddırır

*Cinsi fəaliyyəti bərpa edir

*Kişilərdə spermanın yaranmasına (spermogenezə) kömək edir və qadınlarda yumurtalıqların funksiyasını bərpa edir. Klimaks hallarında yaxşı təsir edir.

*Hormonal pozuntuları aradan qaldırır

*Homogenatı güləmlə birgə qəbul etdikdə zob və digər şişlərin müalicəsində istifadə edilir

*Sonsuzluqda (istər kişi, istər qadın) güclü təsirə malikdir

*Orqanizmə cavanlaşdırıcı təsir göstərir, orqanların pozulmuş funksiyalarını normaya salır

*Hipo və avitaminoz

*Fiziki və zehni yorğunluq

*Prostat vəzinin adinoması

*Yaşlı və zəif adamlarda müqaviməti artırır

*İmmunitetin zəifləməsi

*Mərkəzi sinir sistemini nizamlayır

*İştahanı artırır, yuxunu nizama salır

*Arterial təzyiqi nizamlayır, qan-damar sisteminin işini normallaşdırır
*Fiziki və əqli iş qabiliyyətini artırır

*Qaraciyər və mədəaltı vəzi xəstəliklərində və s. istifadə olunur

*Qan azlığında müsbət təsir edir, qan dövranını nizamlayır

*Bronxlarda yaranan problemlərdə, xroniki öskürəklərdə

*Yüksək arterial təzyiqin aşağı salınmasını təmin edir, eləcə də qanda xolesterinin səviyyəsini tənzimləyir

*Kimyəvi terapiyadan və şüa terapiyasından sonra

*Asteniya, fiziki və psixi yorğunluq, stress və depressiya hallarında

 

İstifadə qaydası

 

1) Saf halda Homogenatı 2 ml səhər və axşam dilin altına kiçik porsiyalarla qoyub sovurmaq lazımdır.

 

2) Balla birin-birə qarışığını gündə bir dəfə yeməkdən yarım saat əvvəl iki gün yarım çay qaşığı qəbul etmək. Ağıza qoyduqdan sonra dili damağa dirəmək lazımdır ki, homogenat dilin altına keçsin. İki gündən sonra bir çay qaşığı. Üç həftə (21 gün) kifayət edir. Bir-iki ay fasilədən sonra təkrar qəbul etmək olar. (Ağız suyu qarışdıqca hərdən dilin ucunda bir az ayırıb udqunmaq olar. Ağız boşluğunda nə qədər çox saxlasanız bir o qədər yaxşıdır). Uşaqlar üçün bu doza 2 dəfə azaldılır.

 

 

P. S. Xam halda dondurucuda donur. Hər dəfə donu açılıb təzədən dondurulanda və bu proses dönə-dönə təkrarlananda keyfiyyətinə mənfi təsir edir. Balla qarışığı isə donmur. Ona görə də balla qarışığının qəbulu və saxlanması məsləhət görülür.

 

Homogenatı yüksək təzyiqi olan adamlar ehtiyatla qəbul etməlidir. Protein tərkibi həddindən artıq çoxdur. 12 yaşınadək qızlara tövsiyə olunmur.

35 AZN
Kateqoriya :
Paylaş :
Güləm

Güləm [perqa, arı çörəyi] çiçək tozunun arılar tərəfindən emal olunması nəticəsində əldə olunan arı məhsuludur.

Tərkibində 40% kalium, 25% maqnezium, 17% dəmir, 17% kalsium və insan orqanizmində biokimyəvi proseslərin normal getməsi üçün lazım olan 240 yaxın maddə vardır. Biokimyəvi aktiv maddələr, amin turşusu, makro və mikro elementlər, yağlar, zülallar, karbohidratlar, vitaminlər, antibiotiklər, fitohormonlar, fermentlər və s. ilə zəngindir.

Güləmin tibbi əhəmiyyəti:

Ürəyin işemik xəstəliyi
İnfakt, insult, hipertoniya
Stresə qarşı davamlılıq
İmmunitet artımı
Anemiya
Qaraciyər toxumalarının funksiyasının bərpası(hepatit)
Öd ifrazının tənzimlənməsi
Qanda “pis” xolesterinin miqdarının azaldılması
Qan-damar sisteminin işinin asanlaşdırılması
Xroniki böyrək xəstəlikləri
Prostat vəzi adenoması
Fiziki və zehni yorğunluqda yaddaş artımı

İstifadə qaydası

4 qr güləm + 1 çay qaşığı bal 150 ml ilıq suda (35-40 dərəcə) həll edib yeməkdən 1 saat əvvəl kiçik porsiyalarla qəbul etmək4 qr güləm + 1 çay qaşığı bal qarışdırıb yeməkdən 1 saat əvvəl somurmaqla udmaq (uşaqlar üçün doza iki dəfə az).

Gündə 1 dəfə olmaqla 20 gün qəbul edilir. 10 gün fasilə verilir.

30 AZN
Kateqoriya :
Paylaş :
Arı südü

Arı südü

Cavan işçi arıların udlaq üst çənə vəzilərinin istehsal etdiyi arı südü qaymaq rəngində olub, özünəməxsus iyi və dadı var. Ağız şirəsi ilə qarışdırıb udduqda udlağı kəskin qıcıqlandırır. O dünyada mövcud olan qidaların ən üstünü hesab olunur.

Tərkibi

Zülallar, karbohidratlar, yağlar, mineral maddələr, aminturşular, hormonlar, mikroelementlər və s. ilə zəngindir. Arı südünün tərkibində 400-dən çox bioloji aktiv maddələr və mikroelementlər var. Tibbdə 100-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Arı südünü həyat eliksiri də adlandırırlar.

Tibbi əhəmiyyəti

*Ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır

*Qan təzyiqini normallaşdırır

*Qaraciyərin funksiyasını bərpa edir

*Qan əmələgəlməsini stimullaşdırır

*Qanda "pis" xolesterinin miqdarını azaldır

*İmmun sistemini gücləndirir

*Orqanizmi cavanlaşdırır, qocalmanı ləngidir

*Əqli və fiziki iş qabiliyyətini artırır

*Güclü biostimullaşdırıcıdır və tonus aparandır

*Öd kisəsi və öd yollarının soyuqlamaları

*Qaraciyərin müxtəlif mənşəli soyuqlamaları və serozu

*Şəkərli diabet

*Uşaqların inkişafını sürətləndirir

*Kosmetoloji vasitələrin tərkibində dərini təravətləndirir.

İstifadə qaydaları

Arı südü profilaktik məqsədlə gündə bir dəfə yeməkdən bir saat əvvəl 250 mq, yəni yarım qramın yarısı qədər dilin altına qoymaq lazımdır. Sovurmaq və danışmaq olmaz. Dilin altında nə qədər çox qalsa o qədər effektlidir.

Müalicə məqsədi ilə iki dəfə səhər və günorta yeməkdən bir saat əvvəl. Uşaqların qəbulunda çox ehtiyatlı olmaq lazımdır. Dozanı aşmaq olmaz. Kibrit çöpünü arı südünə batırıb uşaqların dilinin altına sürtmək olar. Yaxud 0,5 çay qaşığı bal götürüb kibrit çöpünü arı südünə batırıb bala qarışdırmaq olar. Hər üç aydan bir qəbul etmək olar.

45 AZN
Kateqoriya :
Paylaş :