BALLARIMIZ

Şabalıd balı

Şabalıd balı ən faydalı bal növlərindən biri hesab olunur. Şabalıd balı təkrarolunmaz ətri, kəskin dadı, cüzi acılığı və tünd-qəhvəyi rəngi ilə digər ballardan seçilir. Balın rəngi nə qədər tünddürsə, ətri də bir o qədər aydın hiss olunur. Uzun müddət xarlanmır. Şabalıd balı əsasən Şəki-Zaqatala bölgəsində yığılır.

Şabalıd balı təbii antibiotik kimi tanınır. Tərkibində çiçək balı ilə müqayisədə 2 dəfə artıq dəmir, 3,5 dəfə artıq kalsium, 5 dəfə artıq kalium var.

Faydaları

- astma xəstəliyinə qarşı təsirlidir

- immunitet sistemini gücləndirir

- öskürəyin kəsməsinə kömək edir

- qaraciyər xəstəliklərinin qarşısını almaqda təsirlidir

- üst tənəffüs yolları infeksiyalarının müalicəsində təbii antibiotik olaraq istifadə edilir

- təbii antibiotik kimi daha çox mədə və bağırsaq narahatlıqlarını, həzm problemlərinin aradan qaldırır

- bədən müqavimətinin artırır

- əsəb pozğunluqları və yuxusuzluq zamanı faydalıdır

- göy öskürək, astma, bronxit və nəfəs tutulma xəstəliklərinə qarşı çox effektlidir

- güclü antioksidant təsirə, yəni xərçəngə qarşı da güclü müalicəvi xüsusiyyətə malik olduğu bildirilir

- prostatit xəstəliyinin müalicəsində və profilaktikasında istifadə edilir

- şabalıd balından yaraların, o cümlədən irinli yaraların, yanıqların, eləcə də soyuqdəymə və zökəmin müalicəsində istifadə edilir

- öd axarını stimullaşdırır və qaraciyərdə durğunluq halları və ya digər problemlər müşahidə olunduqda istifadə edilir

- şabalıd balını varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdır

- qan dövranı sistemi, ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikasına istifadə olunur

- bir ay qəbul edildikdə ürək-damar sistemi möhkəm və elastik olur, ürəyin işi və arterial təzyiq normaya düşür, ateroskleroz aradan qalxır

- şabalıd balının turşuluq səviyyəsi aşağıdır, mədənin selikli qişasını qıcıqlandırmır, mədə-bağırsaq xorasının müalicəsində istifadə olunur

- həzmi asanlaşdırır, qəbzliyə, bağırsaqda yaranan qaza yaxşı təsir edir

- tənəffüs yolları xəstəliklərində istifadə olunur, iltihab və şişləri aradan qaldırır

- sarılıq xəstəliyi, qəbizlik, halsızlıq və cinsi zəiflik zamanı istifadə edilir

 

Şabalıd balının tərkibi

Manqan, dəmir, mis, fruktoza və müxtəlif vitaminlərlə zəngindir.

 

Qəbul qaydası

Gündəlik norma 60-100 qramdır. Bir neçə dəfə qəbul etmək olar. Uşaqlar üçün bu göstərici 2 dəfə azaldılır.

Diqqət!

Qan şəkərindən əziyyət çəkən şəxslər ehtiyatla istifadə etməlidir. Şəkər xəstələri, hamiləlik şəkərindən əziyyət çəkən qadınlar, şəkər xəstəliyi riskində olanlar, polikistik over sindromundan əziyyət çəkənlər şabalıd balını həkim məsləhəti ilə qəbul etməlidir.

36 AZN
Kateqoriya :
Paylaş :
Akasiya balı

Akasiya balı olduqca şəffaf, gözəl ətirli və dadlı olur. Gec xarlanan və yüksək keyfiyyətli bal sayılır.

Ağ akasiya aprel və may ayında çiçək açır. Arılar Ağ Akasiyadan balı ən çoxu iki həftəyə yuvaya daşıyır. Bundan sonra bir neçə həftə ərzində pətədə qalan bal iki-üç dəfə arılar tərəfindən yeri dəyişdirilir və beləcə yetişir. Ağ Akasiya balı əsasən iyun ayında çəkilir.

 

Akasiya balı olduqca fərqli dada malikdir. Həm genetik, həm də tərkib baxımından ciddi faydaları olan bu balın qəbulu da insanlara xoş təsir edir. Bəsləyici, qüvvətverici və mikrobların çoxalmasının qarşısını alan bəlkə də ən yüksək keyfiyyətli baldır.

 

Ağ ciyər xəstəliklərinin müalicəsində olduqca güclü təsiri var. O cümlədən bağırsaq iltihabını ortadan qaldırır. Öskürək, nəfəs çatışmazlığı  və başqa ağ ciyər xəstəliklərində müalicəvi təsiri var. Xüsusi ilə sinir sisteminin qoruyucu və gücləndirici özəlliyi ilə bilinir. Sinir hüceyrələrini sakitləşdirir. Akasiya balı Qafqaz və Türkiyə arıları tərəfindən istehsal olunan özəl baldır.

 

Yaraları sağaldır. Bal uzun müddətdir ki, sağaldıcı və dadlandırıcı kimi istifadə olunur. Uşaqlarda çox rastlanan ağız iltihablarına qarşı istifadə olunur.

 

Balın tərkibində olan çeşidli vitamin, mineral, orqanik turşu və fermentlərə görə həzm prosesi asan, bəsləyici və bir xəstəliyə qarşı qoruyucu və müalicəedici xüsusiyyətlərə malikdir.

 

Bal xüsusi ilə zəngin tərkibinə görə sağlıqlı yaşamda öndə gələn qida maddəsidir. Bal difteriya, boğmaca, vərəm, xora, bəzi dəri və sinir sistemi xəstəlikləri kimi 500-ə qədər xəstəliyin müalicəsində müsbət təsirləri var. Antimikrob, antioksidant təsiri var. Xeyirlərinə görə balın hər gün nizamlı olaraq istifadəsi məsləhət görülür.

 

Balın tərkibinə mis, litium, manqan və xrom, B, C və E vitaminləri daxildir. Akasiya balının məsləhət görülən gündəlik ölçüsü böyüklər üçün  maksimum 100 qram, uşaqlar üçün isə  30 qram olmalıdır.

 

Akasiya balı dadına görə digər ballardan daha çox sevilir və qəbul olunur. Olduqca ləziz və xoşagəlimlidir.

Ağ akasiya balı nisbətən gec xarlayır.

Akasiya balının faydaları:

ümumi möhkəmləşdirici, qidalı, cavanlaşdıran təsiri var;

qan təzyiqini aşağı salır;

antiseptik, antibakterial xüsusiyyətləri var;

Sinir sistemini sakitləşdirir;

Yuxunu normallaşdırır;

Hemoqlobin artırır;

Mədə-bağırsağın vəziyyətini yaxşılaşdırır.

 

Ağ akasiya balı uşaqlar üçün ideal baldır.

 

Balı yüksək temperatura qədər qızdırmaq məsləhət deyil, bu, onun tərkibinə daxil olan faydalı maddələri dağıdır. Ən yüksək temeperatur 45 dərəcə olmalıdır.

 

30 AZN
Kateqoriya :
Paylaş :
Cökə balı

Cökə ağacının çiçəklərindən toplanan bal zərif ətirli, özünə məxsus dada malikdir. "Balçı" təqdim etdiyi cökə balını arılar Azərbaycanda bitən cökə ağaclarının çiçəklərindən toplayır. Cökə balının rəngi açıq, digər ballara nisbətən qatı, dad və qoxusu fərqlidir. Bu bal müalicəvi əhəmiyyətinə görə seçilir.

Tərkibi

qlükoza – 36,5%

fruktoza –  39,2%

nişasta – 3,2%

30%-ə qədər zülal, mikroelementlər, A, E, K, B vitamin kompleksi, mineral duzlar, yağ, şəkər, 300-dən çox maddə və element

Cökə balının faydaları

Sinir sistemini gücləndirir və qoruyur

İnsan bədəninə sakitləşdirici təsir edir

Xərçəngi önləmə gücünə malikdir

Tərləməyə kömək etdiyi üçün soyuqdəymədə faydalıdır

Temperaturu salır, öskürəkdən qurtulmağa yardımçı olur. Həm bəlğəmli, həm quru öskürəyi olanlar cökə balı qəbul etməlidir

Qorxu və narahatlığı azaldır

Xüsusi ilə qrip və soyuqdəymədə yararlıdır

Depressiya və stressin təsirini azaldır, rahatlaşmağa kömək edir

Miqren səbəbindən yaranan baş ağrılarını kəsir

İshala qarşı təsirlidir

Əzələ ağrısı, sıxılma və əzələ spazmasına qarşı yaxşı təsir göstərir

Qan təzyiqini aşağı salır

Bədəndən toksinləri xaric etməkdə təsirlidir

Ürək döyüntülərini aradan qaldırır və təskinlik gətirir

Həzm prosesi yaxşılaşdırır

Boğaz ağrılarını azaldır

Öd kisəsi xəstəlikləri, xüsusilə öd kisəsi daşlarında faydalıdır

Qara ciyər xəstəliklərinin müayinəsində istifadə olunur

Damar sərtliyini yaxşı təsir göstərir. Bu isə ürəyə xeyirlidir

Sinir sistemi və maddələr mübadiləsinin işini nizamlayır

İstifadə qaydası

Süd, çay və ya su ilə qarışdırılaraq qəbul edilə bilər. Qarışdırılacaq mayenin ilıq olması məsləhətdir. Çünki yüksək temperatur balın keyfiyyətinə mənfi təsir edir.

Enerji dəyəri: 100 q - 300 kkal

30 AZN
Kateqoriya :
Paylaş :
Dağ balı

Dağ balı

30 AZN
Kateqoriya :
Paylaş :
Həmişəgöyəm balı

Həmişəgöyəm (Sarmaşıq) balı və xüsusiyyətləri haqqında geniş məlumat

Balın bu növünü arılar mənşəyini Qafqaz dağlarından götürən ətrafa yayılan sarmaşıqdan (həmişəgöyəmdən) toplayır. Həmişəgöyəm balı özünəməxsus qoxuya, kiçik kristallara malik, yağlı qarışığa, eləcə də açıq sarı rəngə malik olur. Malik olduğu özəlliklərə gəlincə, bu bitkidən əldə olunan bal insan orqanizmində maddələr mübadiləsini normallaşdırmaqla yanaşı, soyuqdəymə, virus infeksiyaları, eləcə də tənəffüs sistemi xəstəlikləri zamanı da istifadə olunur. Əgər siz qeyri-adi, eksklüziv bal axtarırsınızsa, həmişəgöyəm balı sizin uğurlu seçiminizdir.

Həmişəgöyəm balı - balın yeni, nadir növlərindən biridir. Bitkinin bu növü bir qayda olaraq payızda çiçəkləyir. Buna görə də bu bitkidən bal toplanması sentyabr-oktyabr aylarına təsadüf edir. Həmişəgöyəm bitkisindən alınan bal füsunkar dada, təkrarolunmaz ətrə malikdir. Bitkinin balı özünün zərifliyi, yumşaqlığı ilə krem və ya kərə yağını xatırladır. Həmişəgöyəm bitkisindən əldə olunan balın dadı çox şirin olur, sanki ağızda əriyir və özündən sonra dadını uzun müddət ağızda saxlayır.

Həmişəgöyəm – mükəmməl təbibdir. Onun tərkibində insan orqanizmi üçün xeyirli olan karotin, alma və qarışqa turşusu, fitonsidlər , qlükozid hederin, saponin kimi komponentlər mövcuddur. Eyni zamanda həmişəgöyəm balı bəlğəmgətirici, sekretolitik (bəlğəmdurulaşdırıcı) və tonuslandırıcı xüsusiyyətlərə də malikdir. Məhz bu səbəbdən həmişəgöyəm bitkisindən alınan bal öskürək zamanı effektiv olmaqla yanaşı, soyuqdəymə zamanı insanın daha tez tərləməsinə yardımçı olur. Həmişəgöyəm balının daha bir özəlliyi müxtəlif xarakterli soyuqdəymələr zamanı da köməyə gəlməsidir. Bununla yanaşı, həmişəgöyəmdən əldə olunan bal böyrək və öd yolu, həzm sistemi xəstəlikləri (qastrit, duodenit, enterit və kolit) üçün də mükəmməl vasitədir. O, insanın tənəffüs yollarını da təmizləmək üçün faydalıdır.

Həmişəgöyəm balından xalq təbabətində də geniş istifadə olunur. Xüsusən də onun qaraciyər və dalağın, revmatizm, eləcə də podaqranın müalicəsində faydalı olduğu deyilir. Eyni zamanda bu bitkinin balı yanıqlar, dermatit, irinli yaralar üçün də effektivdir.

Onun malik olduğu antibakterial, iltihab və göbələk əleyhinə xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində son dərəcə faydalıdır.

Qeyd edək ki, həmişəgöyəm  balından ağır və uzun sürən xəstəliklər, kəllə-beyin travmaları və asteniya zamanı psixoemosional  gərginliyi aradan qaldıran vasitə olaraq da yararlanmaq mümkündür. Həmişə göyəm balı əqli inkişafı sürətləndirən, sinir sisteminə müsbət təsir göstərən və əhvalı yüksəldən bir bal növü kimi də tanınır.

30 AZN
Kateqoriya :
Paylaş :