Həmişəgöyəm balı

Həmişəgöyəm (Sarmaşıq) balı və xüsusiyyətləri haqqında geniş məlumat

Balın bu növünü arılar mənşəyini Qafqaz dağlarından götürən ətrafa yayılan sarmaşıqdan (həmişəgöyəmdən) toplayır. Həmişəgöyəm balı özünəməxsus qoxuya, kiçik kristallara malik, yağlı qarışığa, eləcə də açıq sarı rəngə malik olur. Malik olduğu özəlliklərə gəlincə, bu bitkidən əldə olunan bal insan orqanizmində maddələr mübadiləsini normallaşdırmaqla yanaşı, soyuqdəymə, virus infeksiyaları, eləcə də tənəffüs sistemi xəstəlikləri zamanı da istifadə olunur. Əgər siz qeyri-adi, eksklüziv bal axtarırsınızsa, həmişəgöyəm balı sizin uğurlu seçiminizdir.

Həmişəgöyəm balı - balın yeni, nadir növlərindən biridir. Bitkinin bu növü bir qayda olaraq payızda çiçəkləyir. Buna görə də bu bitkidən bal toplanması sentyabr-oktyabr aylarına təsadüf edir. Həmişəgöyəm bitkisindən alınan bal füsunkar dada, təkrarolunmaz ətrə malikdir. Bitkinin balı özünün zərifliyi, yumşaqlığı ilə krem və ya kərə yağını xatırladır. Həmişəgöyəm bitkisindən əldə olunan balın dadı çox şirin olur, sanki ağızda əriyir və özündən sonra dadını uzun müddət ağızda saxlayır.

Həmişəgöyəm – mükəmməl təbibdir. Onun tərkibində insan orqanizmi üçün xeyirli olan karotin, alma və qarışqa turşusu, fitonsidlər , qlükozid hederin, saponin kimi komponentlər mövcuddur. Eyni zamanda həmişəgöyəm balı bəlğəmgətirici, sekretolitik (bəlğəmdurulaşdırıcı) və tonuslandırıcı xüsusiyyətlərə də malikdir. Məhz bu səbəbdən həmişəgöyəm bitkisindən alınan bal öskürək zamanı effektiv olmaqla yanaşı, soyuqdəymə zamanı insanın daha tez tərləməsinə yardımçı olur. Həmişəgöyəm balının daha bir özəlliyi müxtəlif xarakterli soyuqdəymələr zamanı da köməyə gəlməsidir. Bununla yanaşı, həmişəgöyəmdən əldə olunan bal böyrək və öd yolu, həzm sistemi xəstəlikləri (qastrit, duodenit, enterit və kolit) üçün də mükəmməl vasitədir. O, insanın tənəffüs yollarını da təmizləmək üçün faydalıdır.

Həmişəgöyəm balından xalq təbabətində də geniş istifadə olunur. Xüsusən də onun qaraciyər və dalağın, revmatizm, eləcə də podaqranın müalicəsində faydalı olduğu deyilir. Eyni zamanda bu bitkinin balı yanıqlar, dermatit, irinli yaralar üçün də effektivdir.

Onun malik olduğu antibakterial, iltihab və göbələk əleyhinə xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində son dərəcə faydalıdır.

Qeyd edək ki, həmişəgöyəm  balından ağır və uzun sürən xəstəliklər, kəllə-beyin travmaları və asteniya zamanı psixoemosional  gərginliyi aradan qaldıran vasitə olaraq da yararlanmaq mümkündür. Həmişə göyəm balı əqli inkişafı sürətləndirən, sinir sisteminə müsbət təsir göstərən və əhvalı yüksəldən bir bal növü kimi də tanınır.

30.00 AZN
Kateqoriya :
Paylaş :

MONEY BACK GUARANTEED

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur

FREE WORLDWIDE DELIVERY

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur

ONLINE SUPPORT 24/7