Product Single

yeni bal
35 AZN

aatea

Weight :

Akasiya (may) balı zərif dadı və ətrinə, rənginin açıqlığına görə fərqlənir. Əsasını akasiya nektarı təşkil edən may balımızın tərkibində yemişan, iydə, bir neçə növ qanqal, ağbaş yonca, turpəng, qaratikan və başqa onlarla bitkinin nektarı da var. Balda akasiya nektarı çoxluq təşkil etdiyinə görə akasiya balı adlanır.

El arasında akasiya, ağ akasiya kimi tanınan bitkinin elmi adı robiniyadır. Ağacın hündürlüyü 25 metrə qədər çatır. Azərbaycan başqa ölkələrdən gətirilərək meşə sahələrinin genişlənməsi və bərpası məqsədi ilə salınıb. Ana vətəni Şimali Amerikadır. Güclü kök sisteminə malikdir. 100 ilə qədər yaşayır. Aprelin sonu, mayın əvvəli çiçək açır. Çiçəkləmə dövrünə bir neçə yüz metrdən ətri hiss olunur.

Akasiya balı digər ballara nisbətən açıq rəngli, hətta şəffaf olur. Uşaqlar, yaşlılar, müalicə alan, xəstəlikdən əziyyət çəkənlər üçün ideal bal sayılır. Müştərilərimiz bilir ki, uşaqlarımıza il boyu bu baldan yedizdiririk. Bunun səbəbi aşağıdakılardır:

-      Avropada son illər ən çox tələbat yaranan ballardandır. Onların elmi araşdırmalarına inanırıq.

-      Müsbət enerjili baldır. Yəni qidanın şəfaverici xüsusiyyəti yüksəkdir.

-      Xüsusi ilə uşaqlara, qocalara, xəstəliyi olan insanlara dietik bal kimi məsləhət görülür.

-      Zərif qoxusu, yüngül dadı səbəbindən uşaqlar baldan diksinmir. Uzun müddət akasiya balı yeməyə davam edirlər.

 

Akasiya balı antioksidant rolu oynayan flavonoidlərlə zəngindir. Antioksidantlar hüceyrələrinizi sərbəst radikalların yaratdığı zərərlərdən qoruyur. Bu zərif balın müalicəvi xüsusiyyətlərindən biri onun antibakterial fəaliyyəti ilə bağlıdır. Balın tərkibində az miqdarda hidrogen peroksidin əmələ gəlməsi və yavaş-yavaş sərbəst buraxılması üçün lazım olan komponentlər var. Hidrogen peroksid bakteriyaların hüceyrə divarlarını parçalayaraq öldürən bir turşu növüdür. Yaraların sağalmasına kömək edir. Akasiya balı sızanaqların qarşısını ala və müalicə edə bilər.

Aşağı qlisemik indeksi sayəsində akasiya balı bir çox hallarda təbii dadlandırıcı kimi istifadə olunur. Beləliklə, məhdudlaşdırıcı pəhrizlər, diabet xəstələri və ya sənaye şəkərləri qəbul etmək istəməyən insanlar üçün ideal qidadır. Qəbizliyi azaldır, işlədici xüsusiyyətlərə malikdir və onun istehlakı ilə bağırsaq iltihablarının azalmasına və qaraciyərin detoksifikasiyasına kömək edə bilər.

Balın ən böyük faydalarından biri onun sakitləşdirici və rahatlaşdırıcı təsiridir. Stress və ya yuxusuzluğa qarşı faydasını görmək üçün bir stəkan südə 1-2 çay qaşığı akasiya balı əlavə etmək kifayətdir.

Akasiya balı gec xarlanır. Çünki tərkibində fruktoza çoxdur.

related product

-0%

yeni bal

  • 35 AZN new
  • 35 AZN
-0%

  • 40 AZN new
  • 40 AZN
-0%

  • 35 AZN new
  • 35 AZN
-0%

  • 35 AZN new
  • 35 AZN