Kəlbəcər yaylaq balı
40 AZN
Kəlbəcər yaylaq balı möhtəşəm dadı, bihuşedici ətri ilə yanaşı bir şəfa mənbəyidir. Səfalı yaylaqların bəxş etdiyi hər çiçəyə qonan arılar bizlər üçün əvəzolunmaz nemət hazırlayıb.
Kəlbəcər yaylaq balı möhtəşəm dadı, bihuşedici ətri ilə yanaşı bir şəfa mənbəyidir. Səfalı yaylaqların bəxş etdiyi hər çiçəyə qonan arılar bizlər üçün əvəzolunmaz nemət hazırlayıb.
Azərbaycan təbiətinin ən zəngin bölgələrindən biri, bəlkə də birincisi Kəlbəcərdir. Rayon başdan ayağa şəfalı bitkilər, mineral sularla doludur. Kəlbəcər ərazisində 2 mindən artıq bitki növü mövcuddur. Onlardan 200-ə qədəri dərman bitkisi hesab olunur və qədim dövrlərdən rayon əhalisi bu bitkilərlə müxtəlif xəstəliklərin müalicəsinə, xəstələrin şəfa tapmasına nail olublar.
Arılar dərman bitkilərindən nektar və polen toplayır. Bal verən bitkilərin hamısından az ya çox dərəcədə şəfa tapmaq üçün istifadə edilir. Bu bitki bəzən bir ölkədə, bəzən bütün dünyada tanınır.
Arıları Kəlbəcərə hava şəraitindən asılı olaraq iyunun sonu, iyulun əvvəli aparırıq. Bu vaxt rayonun təbiəti tam oyanır, hər tərəf əlvan, xoş ətirli çiçəklərlə dolu olur. Arıxanamızı son üç ildir Xallanlı-Başlıbel yaylaqlarına yerləşdiririk. Köçün ilk günlərində arılar cökəyə işləyir. Cökə dərman bitkisidir. Onun çayı antioksidant təsiri, ağrıkəsici xüsusiyyəti ilə tanınır. Yüksək qan təzyiqini azaldır, rahatlıq bəxş edir, soyuqdəyməni sağaldır, yuxu rejimini qaydaya salır.
Cökə nektar verimini dayandıranda arılar digər şəfalı bitkilərə yönəlir. Kəklikotu (ən azı 8 növü), qantəpər (3 növ), yonca (bir neçə növ), adaçayı, dalamaz, baldırğan, zəncirotu, ballınanə, böyürtkən, dazı otu, damotu, dişqurtlayan, girdəbaş toppuztikan, gicitkən, gülxətmi və digər adını bilmədiyimiz onlarla bitki arılar üçün nektar və polen mənbəyinə çevrilir.
Bəzi mənbələrdə Kəlbəcərdə 512-yə qədər nektar verən bitki olduğu qeyd olunur. Belə bitki zənginliyinin nəticəsidir ki, Kəlbəcər balı sovetlər vaxtı ölkənin ən yaxşı ballarlından hesab olunurdu. İndi də bu rayonda yığılan bal ən zəngin ballardan hesab olunur, bir şəfa mənbəyi kimi istifadə edilir.
Cökə nektarının üstünlüyü hiss olunsa da, Kəlbəcərdə yığılan bu bal Böyük Qafqaz dağlarında yığılan dağ-cökə ballarlından çox fərqlənir. Rəngi daha açıq, şəffaf, yumşaq cökə dadlı ləziz balı olur Kəlbəcər yaylaqlarının. Tərkibindəki çiçəklərdən və cökədən dolayı 3-4 aya xarlanmağa başlayır. Daha narın, yumşaq xarlanma baş verir. Xarlandıqda dadına dad qarışır.