Product Single

Ağstafa-Laçın çiçək balı
35 AZN

Ağstafa-Laçın çiçək balı onlarla xoş ətirli, əlvan rəngli çiçəkdən toplanıb. Qoxusu və dadı zərif, ləzzətlidir. İki fərqli regionun, uzun yaz və yay mövsümünün çiçəklərinin nektarını, ətrini, ləzzətini özündə birləşdirən bu bal əsl şəfa mənbəyidir. Faydası saymaqla bitmir. Uşaqlar üçün çox faydalıdır, həm də zərif və yüngül dadına görə balacalar uzun müddət istifadə etdikdə baldan bezmirlər.

Weight :

Ağstafa-Laçın çiçək balı onlarla xoş ətirli, əlvan rəngli çiçəkdən toplanıb. Qoxusu və dadı zərif, ləzzətlidir. Bu balın tərkibində aprel ayından iyunun sonuna qədər Qarayazı qoruğunda, iyun-iyul aylarında isə Laçın dağlarında çiçək açan bitkilərin nektarı var. İyunda bəzi süzümləri yekunlaşdırıb arıları Kəlbəcər-Laçın yaylaqlarına qaldırırıq. Bu zaman pətəklərdə süzüləcək həcmdə, ancaq süzüm üçün tez olan bal olur. Yaylaqlar arılarımız yarım ballı çərçivələri dolduraraq möhürləyir. Avqustda artıq bal süzümünün vaxtı yetişir.

İki fərqli regionun, iki fərqli rayonun (Ağstafa ilə Laçın), uzun yaz və yay mövsümünün çiçəklərinin nektarını, ətrini, ləzzətini özündə birləşdirən bu bal əsl şəfa mənbəyidir. Balın tərkibində nə qədər çox bitkinin nektarı çox olsa, o bal bir o qədər faydalı, ləzzətli, dəyərli olur. Ona görə də poliflor (çox çiçəkli) ballar ballar həmişə yüksək dəyərləndirilib. Ağstafa-Laçın çiçək balı da belə ballara ən yaxşı nümunədir.

Bu balın bir xüsusiyyəti də tərkibində nisbətən çoxluq təşkil edən nektara görə hər il bir az fərqli dada, rəngə, ətirə, qatılığa malik olur, fərqli zamanlarda xarlayır. Faydası saymaqla bitmir. Uşaqlar üçün çox faydalıdır, həm də zərif və yüngül dadına görə balacalar uzun müddət istifadə etdikdə baldan bezmirlər.

Səhər yeməyində, günün digər vaxtlarında sadəcə balı istifadə etmək olar. Suya, südə, limonlu suya qatıb içmək olar. Gecə yatmazdan əvvəl 1 çay qaşığı balı udmaq ağız boşluğu, nəfəs yolları üçün faydalıdır. Gündəlik istifadə immun sisteminə yaxşı təsir edir, uşaqların payız-qış aylarında mövsümi xəstələnmələrinin qarşısını alır.

related product

-0%

Akasiya (may) balı

  • 35 AZN new
  • 35 AZN
-0%

Kəlbəcər yaylaq balı

  • 40 AZN new
  • 40 AZN
-0%

Kür qırağı meşə balı

  • 35 AZN new
  • 35 AZN
-0%

Qaratikan balı

  • 35 AZN new
  • 35 AZN