ad asda
20 AZN
1 2e1
1 2e1
Yemişan (lat. Crataegus) meşə və qoruqlarda, o cümlədən kənd yollarının kənarında bitən ağac bitkisidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri payızda yetişir, əsasən sarı-qırmızı, şabalıdı və qara rəngdə olur. Həm çiçəyi, həm gövdəsi, həm də meyvələri faydalıdır. Bitki xalq təbabətində və farmakologiyada yüz illərdən bəri tətbiq olunur. Əsasən ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
“Yemişan ürək-damar sisteminin funksiyalarını yaxşılaşdırır, sinir impulslarının ötürücülüyünü tənzimləməsi səbəbindən ürək fəaliyyətini normallaşdırır. Ürəkdə qan axını və oksigenin artmasına kömək edir. Qan damarlarının divarlarını gücləndirir. Ürək ritminin pozulması, ağır yoluxucu xəstəliklər, ürək çatışmazlığı, əzələ zəifliyi, yüksək qan təzyiqi və infarktdan sonrakı kardiosklerozun qarşısını almaq üçün çox faydalıdır. Ürək xəstəliklərinin sağalma prosesini xeyli sürətləndirir və ritm pozulmasını aradan qaldırır. C vitamini ilə çox zəngindir. Yaddaşı gücləndirir.”(C) Herba flora
Yemişan giləmeyvəsi bitki tərkibində olan güclü antioksidant birləşmələri olan zəngin bir polifenol mənbəyidir, iltihab əleyhinə xüsusiyyətlərə sahibdir.
Yemişan giləmeyvəsi və yemişan ekstraktı əsrlər boyu həzm problemləri, xüsusilə həzmsizlik və mədə ağrısını müalicə etmək üçün istifadə edilib. Giləmeyvə qəbizliyi azaldaraq probiotik rolunu oynayaraq həzmə kömək etdiyi sübut olunub. Saç tökülməsinin qarşısını alır, saçın böyüməsinə müsbət təsir edir. Sakitləşdirici təsirə malikdir.
Sağlam həyat və pəhrizə marağın artması ilə yemişana diqqət artdı. Çünki bu bitkinin özü də, ondan hazırlanan sirkə və kampotlar, şirələr də faydalıdır.
Yemişan sirkəsini yemişan meyvələri, təbii bal və bulaq suyundan hazırlamışıq. Mayalanması üçün içərisinə təbii sirkə və “sirkə anası” əlavə edilib. Yemişanlar Qarayazı qoruğundan toplanıb. Yemişan sirkəsi orqanizmi bərpa edən və xəstəliklərin mənfi təsirlərini azaldan möcüzəvi məhsuldur.
Yemişan sirkəsi sağlam qidalanmaq və formasını qorumaq istəyənlər üçün ideal bir sirkə növüdür. Yemişan sirkəsi həzm sisteminə yaxşı təsirləri olan təbii bir tonik olaraq istehlak edilə bilər. Həzm problemləri, mədə ağrısı, köp, qəbzlik narahatlıqları olanlar bu sirkəni istifadə etməklə həzm prosesini yaxşılaşdıra bilər.
Yemişan sirkəsinin rahatlaşdırıcı təsiri sayəsində özünüzü daha xoşbəxt və dinc hiss edə bilərsiniz. Panik atak tipli problemlər yaşayanlar problemin azaldığını hiss edə bilərlər.
Yemişan sirkəsi xolesterol nisbətini tarazlamağa kömək edir. Ateroskleroz kimi xəstəliklərin müalicəsində də rol oynayır.