Product Single

35 AZN

Weight :

Özünəməxsus dadı, ətri və rəngi ilə seçilən Kür qırağı meşə balı tünd-şabalıdı rəngdə, çiçək balına nisbətən qatıdır. Fenolik maddələrə, mikroelementlərə və antioksidant tərkibinə görə zəngindir.

Arıxanamız Qarayazı qoruğu ilə Ağstafa meşə təsərrüfatının sərhədində yerləşir. Bu yerin qəribəliyi ondadır ki, Sovet vaxtı qoruq ərazisində akasiya ağacları əkilib, meşə təsərrüfatı hissəsi (arıxana hissəsi) isə təbii meşəlikdən ibarətdir. (Əslində təbii meşəlik qoruqda, salınma meşəlik isə meşə təsərrüfatlarında olur). Aprel ayından başlayaraq iyunun sonuna kimi burada bitkilər çiçəkləyir, ətraf əlvan çiçəklərlə bəzənmiş yaşıllığa dönür. Küləkli və yağışlı günləri çıxsaq, temperatur arılar üçün uyğun olur. Yaxşı nektar gəlir.

“Balçı”nın arıları Ağstafa akasiya (may) balını bu bölgədən toplayır. Akasiya ağacları aprelin sonu, əsasən mayın əvvəli çiçək açır. Təxminən bu vaxtlarda yemişan, qaratikan, bir neçə növ qanqal, ağ yonca, turpəng, üçtikan şeytanağacı (qladiçiya), iydə, söyüd, qovaq və başqa bitkilər çiçəkləyir. On kilometrlərlə meşələr arıların cənnətinə çevrilir. Ətrafı möhtəşəm ətir bürüyür. Bu ətir sonradan sizin süfrələri bəzəyən balın ilkin variantı olan nektardan və çiçək tozundan gəlir. Arılar topladığı nektarı bala çevirir, çiçək tozundan güləm hazırlayır, gündüzlər çiçəklərdən gələn ətir gecələr pətəklərdən ətrafa yayılır. Yeri gəlmişkən, arıxananın yaz axşamlarında olan möhtəşəmliyini başqa vaxt görmək olmur. İlin bu vaxtı arı nəfəsi ilə müalicə üçün ən ideal zaman sayılır.

Mayın sonu, iyunun əvvəli akasiya (may) balı süzümünü bitirir, arıların bir hissəsini qaratikan balı üçün orta dağlıq bölgəyə daşıyırıq. Geridə qalan arı ailələrində ballı, az ballı çərçivələr saxlanılır. İyun, iyul və avqust ayları bölgə çox isti olduğundan arılar bala qoymanı azaldır, bal istifadəsini sıfıra endirir, az miqdarda gələn gəliri may ayından qalan balın üzərinə əlavə edir. Bu isti aylarda dişqurtlayan, ... ... və s. bitkilər çiçəkləyir. Buna baxmayaraq yaza baxanda gəlir çox az olur. Arılar təbiətdə gəlir az olduqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratların (mənənə) ifraz etdiyi şirələri toplayır. Bu şirədən hazırlanan bala gəzəngi balı deyilir. Türkiyədə eyni tərkibli məşhur “çam balı” var. Bizim ölkədə isə 100% gəzəngi balı mümkün olmur. Çünki eyni vaxtda çiçək açan bitkilər də olur. Biz bu qarışıq (gəzəngi-çiçək) balı Kür qırağı meşə balı adlandırırıq.

Kür qırağı meşə balımız mikroelementlərlə zəngin baldır. Ankara Universitetinin 2006-cı ildə həyata keçirdiyi araşdırmada müəyyən olunub ki, meşə balı fenolik maddələrə və antioksidant tərkibinə görə digər ballardan zəngindir. Antioksidantlar bədəndə sərbəst radikalların təsirini neytrallaşdırmaq üçün çalışan maddələrdir. Fenollar isə çoxlu farmakoloji təsirlərə malikdir: iltihab əleyhinə, neyroprotektiv, antiseptik, antispazmodik, immunostimulyator, antioksidant, antiviral. Fenolların ən mühüm funksiyalarından biri oksidləşdiricidə iştirak etməkdir. Bərpa prosesləri, həmçinin aktiv oksigenin neytrallaşdırılması mexanizmində (antioksidant təsir). Bu bal başqa ballara nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün faydalı xüsusiyyətə malikdir.

Kür qırağı meşə balı tünd-şabalıdı rəngdə, çiçək balına nisbətən qatı və çox yapışqan olur.

related product

-0%

yeni bal

  • 35 AZN new
  • 35 AZN
-0%

  • 40 AZN new
  • 40 AZN
-0%

  • 35 AZN new
  • 35 AZN
-0%

  • 35 AZN new
  • 35 AZN