Meşə-çəmən balı klassik Azərbaycan balı dadında, ləzzəti, ətri ilə xüsusi seçilən bir baldır. May-iyul ayları ərzində arıları fərqli bölgələrdəki meşə və çəmənlərə daşıyırıq. Nəticədə süzüm zamanı tərkibində 10-larla bitkinin nektarı olan poliflor bal əldə edirik. Meşə-çəmən balı hər il əvvəlki illərə görə az da olsa, dad, rəng və ətrinə, eyni zamanda qatılığına görə fərqlənə bilir. Bunun səbəbi mövsümə görə fərqli çiçəklərin nektar verməsidir. Akasiya, yemişan, iydə, yulğun, şeytanağacı (qlediçiya), qaratikan kimi ağac və kolların, ağ məryəmnoxudu, kəklik otu, yonca, qanqal və digər onlarla çəmən bitkilərinin ətrini duymaq olar bu balda. Əsasən Ağstafa-Qazaxın müxtəlif yerlərindən toplanıb.
Orqanizm üçün faydalı ballardandır. Balda nə qədər çox bitkinin nektarı olarsa, bir o qədər faydalı olur. Ətri və dadı "əsl bal belə olar" dedizdirəcək. Uşaqlara (1 yaşdan böyük), immun sistemi zəif olanlara rahatlıqla verə bilərsiniz.


