Kəlbəcər yaylaq balı möhtəşəm dadı, bihuşedici ətri ilə yanaşı bir şəfa mənbəyidir. Səfalı yaylaqların bəxş etdiyi hər çiçəyə qonan arılar bizlər üçün əvəzolunmaz nemət hazırlayıb.
Weight :
Share with :
Kür qırağı meşə balı
35 AZN
Özünəməxsus dadı, ətri və rəngi ilə seçilən Kür qırağı meşə balı tünd-şabalıdı rəngdə, çiçək balına nisbətən qatıdır. Fenolik maddələrə, mikroelementlərə və antioksidant tərkibinə görə zəngindir.
Weight :
Share with :
Qaratikan balı
35 AZN
Qaratikan balı tünd narıncı, qatı, özünəməxsus xoş qoxuludur. Gec xarlayır, ağızda ləzzətlə əriyir, dadı bütün ağıza yayılır. Azərbaycanın premium ballarlından sayılır. Monoflor ballara görə ən yüksək antioksidant, antibakterial, antifunqal dəyərə malikdir.
Weight :
Share with :
Şabalıd balı
35 AZN
Şabalıd balı ən faydalı bal növlərindən biri hesab olunur. Şabalıd balı təkrarolunmaz ətri, kəskin dadı, cüzi acılığı və tünd-qəhvəyi rəngi ilə digər ballardan seçilir. Balın rəngi nə qədər tünddürsə, ətri də bir o qədər aydın hiss olunur.
Weight :
Share with :
Meşə-çəmən balı
35 AZN
Meşə-çəmən balı klassik Azərbaycan balı dadında, ləzzəti, ətri ilə xüsusi seçilən bir baldır. Akasiya, yemişan, iydə, yulğun, şeytanağacı (qlediçiya), qaratikan kimi ağac və kolların, ağ məryəmnoxudu, kəklik otu, yonca, qanqal və digər onlarla çəmən bitkilərinin ətrini duymaq olar bu balda. Əsasən Ağstafa-Qazaxın müxtəlif yerlərindən toplanıb.
Weight :
Share with :
Ağstafa-Laşın çiçək balı
35 AZN
Ağstafa-Laçın çiçək balı onlarla xoş ətirli, əlvan rəngli çiçəkdən toplanıb. Qoxusu və dadı zərif, ləzzətlidir. İki fərqli regionun, uzun yaz və yay mövsümünün çiçəklərinin nektarını, ətrini, ləzzətini özündə birləşdirən bu bal əsl şəfa mənbəyidir. Faydası saymaqla bitmir. Uşaqlar üçün çox faydalıdır, həm də zərif və yüngül dadına görə balacalar uzun müddət istifadə etdikdə baldan bezmirlər.