Dünyada ən yüksək qida dəyəri olan təbii məhsul arı südüdür, faydaları saymaqla bitmir. Tibbdə 100-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Arı südünü həyat eliksiri də adlandırırlar. Arı südü işçi bal arılarının istehsal etdiyi ağ-bozumtul rəngdə, acıtəhər dada və kəskin qoxuya malik, geləbənzər maddədir. Bu maddənin məməli heyvanlardan əldə olunan südlə heç bir yaxınlığı yoxdur. Süd adlanmasına səbəb rənginin ağ, südəbənzər formada olmasıdır. Arı südünü cavan işçi arılar udlaq üst çənə vəziləri vasitəsi ilə istehsal edirlər.
Arı südü zülallar, karbohidratlar, yağlar, mineral maddələr, aminturşular, hormonlar, mikroelementlər və s. ilə zəngindir. Tərkibində 400-dən çox bioloji aktiv maddə və mikroelement var.
Ana arı və işçi arılar yumurtadan çıxanda eyni genetik materiala sahib olmalarına rəğmən, sürfə dövründə fərqli ölçüdə, fərqli keyfiyyətdə və daha uzun zaman arı südü ilə qidalanmaları onları tamamilə fərqli xüsusiyyətə malik canlıya çevirir. Sadəcə 6 günlük bu fərqli qidalanma nəticəsində ana arı xəstəliklərə daha dözümlü olur, gündə öz çəkisinin iki qatı qədər (1500-3000) yumurta qoyur və 7 ilə qədər yaşaya bilir. İşçi arılar isə asan xəstələnir, dişi olduqları halda yumurta qoya bilmir (bəzi hallarda erkək yumurta qoya bilirlər), 2 ay yaşaya bilirlər. Yalnız payız arıları yaza qədər 6-7 ay yaşaya bilir. İki fərq arasında bu dərəcədə fərqin ortaya çıxması arı südü ilə bəslənmələrindən irəli gəlir.
Tibbi əhəmiyyəti
Ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır
Qan təzyiqini normallaşdırır
Qaraciyərin funksiyasını bərpa edir
Qan əmələgəlməsini stimullaşdırır
Qanda "pis" xolesterinin miqdarını azaldır
İmmun sistemini gücləndirir
Orqanizmi cavanlaşdırır, qocalmanı ləngidir
Əqli və fiziki iş qabiliyyətini artırır
Güclü biostimullaşdırıcıdır və tonus aparandır
Öd kisəsi və öd yollarının soyuqlamaları
Qaraciyərin müxtəlif mənşəli soyuqlamaları və serozu
Şəkərli diabet
Uşaqların inkişafını sürətləndirir
Kosmetoloji vasitələrin tərkibində dərini təravətləndirir.
İstifadə qaydaları
Arı südü profilaktik məqsədlə gündə bir dəfə yeməkdən bir saat əvvəl 250 mq, yəni yarım qramın yarısı qədər dilin altına qoymaq lazımdır. Sovurmaq və danışmaq olmaz. Dilin altında nə qədər çox qalsa o qədər effektlidir.
Müalicə məqsədi ilə iki dəfə səhər və günorta yeməkdən bir saat əvvəl. Uşaqların qəbulunda çox ehtiyatlı olmaq lazımdır. Dozanı aşmaq olmaz. Kibrit çöpünü arı südünə batırıb uşaqların dilinin altına sürtmək olar. Yaxud 0,5 çay qaşığı bal götürüb kibrit çöpünü arı südünə batırıb bala qarışdırmaq olar. Hər üç aydan bir qəbul etmək olar.


