Product Single

Propolis
10 AZN

Propolis arı pətəyini qoruduğu kimi insanları da virus və mikroblardan qoruyur. Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə mikroplar öyrəşə bilmir. Propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır. Yaraları sağaldır, dərini möhkəmləndirir.

Weight :

Propolis plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. Yunanca “pro” – “öndən” və “polis” “qala, şəhər” (şəhəri qoruyan anlamında) sözlərindən götürülüb. Bu ad ona arı ailəsinin həyatındakı roluna görə verilib. Azərbaycan dilində propolisə vərəmum (bərəmum) da deyilir.

Propolis – arılar tərəfindən ağacların gövdəsi, tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Ağaclarda qatranın bioloji rolu yaraları bağlamaq və bakteriyalardan, göbələklərdən və həşəratlardan müdafiə etməkdir. 

Rəngi ​​botanika mənbəyindən asılı olaraq dəyişir, ən çox yayılmış olan tünd qəhvəyidir. Propolis 19 °C-dən yuxarı yapışqan olur, aşağı temperaturda isə bərk və kövrək olur.

Propolisdə təxminən 50 maddə var, ilk növbədə qatranlar və bitki balzamları (50%), mumlar (30%), efir yağları (10%) və polen (5%). Ümumilikdə flavonoidlər, fenolik turşular və fenolik aldehidlər ilə zəngindir.

Propolis arıların həyatı üçün çox vacib məhsuldur. Onu yuvalarının təmizliyində və izolyasiyasında, həm də dezinfeksiyaedici kimi istifadə edirlər. Yuvalarının girişini propolislə örtürlər ki, işçi arılara bulaşan viruslar yuvaya keçməsin, qışda qar-yağış, soyuq dolmasın. Arılar pətəyə daxil olan xırda həşəratlar, malyuskalar, kərtənkələ, sıçan, qurbağa kimi canlıları öldürdükdən sonra çıxara bilmədikdə üzərini propolislə örtürlər. Nəticədə cəsəd çürüyüb, parçalanmır, arı ailəsinin təhlükəsizliyi təmin olunur. Bunu etməsələr, çürümə arı ailəsinə virus sala bilər.

Arıçılar propolisi pətəyin müxtəlif hissələrindən, əsas girişdəki boşluqlardan yığır. Bundan başqa propolis toplamaq üçün xırda gözlü plastik şəbəkələrdən istifadə edilir. Şəbəkələr arı çərçivələrinin üzərinə qoyulur, üzəri daha nazik örtüklə örtülür. Arıların qarşıdan gələn soyuqları nəzərə alıb bu şəbəkənin boşluqlarını doldurur. Arıçı şəbəkəni götürüb qalın və isti örtüklə arıların üzərini örtür.

Propolis arı pətəyini qoruduğu kimi insanları da virus və mikroblardan qoruyur. Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə mikroplar öyrəşə bilmir. Propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.

Yaraları sağaldır, dərini möhkəmləndirir.

Propolisi istifadə etmək üçün müxtəlif üsullar var. Balda, yağda, suda və s.

Ən yaxşı spirtdə həll edilmiş cövhər sayılır. Bu zaman spirt propolisi aşındırır, onun bütün faydaları cövhərə qarışmış olur. Ən çox məsləhət görülən (profilaktik) doza 20%-likdir.

related product

-0%

Propolis

  • 10 AZN new
  • 10 AZN
-0%

  • 55 AZN new
  • 55 AZN