az5e
40 AZN
1 2e1
1 2e1
Ad və görüntü sənə nəsə deyə bilər. Amma hər şeyi yox. Hamısı üçün bu məhsulu sifariş etmək vacibdir. Qapağını açıb qoxulasan, əsl şokolad ətrini duyacaqsan. Bu da hamısı deyil. Dadına baxanda əsl orqanik kakao və qovrulmuş fındığın krem balla qarışdıqda necə ləzzətli olduğunu görəcəksən. Qatqısız, dadlandırıcısız, tam təbii məhsul ŞOKOLADLI-FINDIQLI KREM BAL.
Məhsulun tərkibindəki kakao xam haldadır. “Xam kakao tozu kakao toxumlarının emal olunmadan üyüdülməsi ilə əldə olunur. Toxumlar qovrulmadan üyüdüldüyü üçün yüksək qida dəyəri və orijinal dadı ilə seçilir. Əlavə şəkər və ya dadlandırıcılar qatılmayıb”.
Kakao ağacı təbii olaraq Cənubi Amerika, Qərbi Afrika, Qərbi Hind adaları ilə bərabər tropik qurşaqda yetişir. Arxeoloji araşdırmalar Mərkəzi Amerikada kakaonun təxminən 4 min ilə yaxındır, yetişdirildiyini göstərir. Amerika yerliləri bu qidadan təbii müalicə üsulu olaraq istifadə edib, XVI əsrdən isə Avropa və “köhnə dünya”nın digər ölkələrinə yayılıb.
Kakao çoxsaylı faydalarına görə dünyanın hər yerində gündəlik istifadə olunan, həm də arzulanan qidaya çevrilib. Təmiz kakao və ondan hazırlanan məhsul keyfiyyətli qidalanmanın göstəricisi sayılır. Təəssüf ki, bu gün qida stendlərində satılan kakaolu məhsulların çoxunun tərkibində zərərli maddələr, keyfiyyətsiz yağlar, aşağı keyfiyyətli kakao var. “Balçı” olaraq məqsədimiz insanlara sağlıqlı qidalarla təmin etməkdir. Buna görə krem bala əlavə etdiyimiz kakao orqanik, xam kakaodur.
Orqanik kakao insan sağlığı üçün əvəzolunmaz qidadır:
Kakaonun tərkibində güclü antioksidantlar, kalium, maqnezium, sink, kalsium, bitki zülalları və A, B1, B2, D və E vitaminləri var. Maqnezium stres, gərginlik və narahatlıq hissini aradan qaldırır, əzələləri rahatlaşdırır, dəmir qan dövranını və qanın tərkibini yaxşılaşdırır. Kalsium sümük toxumasının və dişlərin möhkəmlənməsinə səbəb olur.
Kakao təbii antidepressantdır, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Xoşbəxtlik hormonunu artırır, stres və depressiya riskini aşağı salır.
Ürək xəstəlikləri, iflic, xərçəng və diabet riskini azaldır. Tərkibindəki yüksək miqdarda flavonoidlər beyni qorumağa kömək edir. Bağırsaqların və maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdırır.
İnsanın gündəlik rasionu üçün vacib olan əsas qidalardan biri də D vitaminidir. D2 vitamini ilə zəngin qidalar arasında əsas yeri kakao tutur.
Fındıq qida dəyəri yüksək olan, vitamin və minerallarla zəngin çərəzdir. Qan azlığında faydalıdır, immuniteti gücləndirir, sümükləri bərkidir. Dietik qida sayılır, tərkibində ürək sağlamlığı üçün bir çox vitamin mövcuddur. Xolesterini aşağı salır. Protein və lif qaynağıdır. Altsheymer xəstəliyinə qarşı qoruyur. Təbii antioksidantdır. Prostat, süd vəzi xərçəngi riskini azaldır.
Dərinizə parlaqlıq, canlılıq qazandırır. Tərkibindəki kalsium və maqnezium sayəsində bel və əzələ ağrılarının qarşısını alır. Zehni yorğunluğu azaldır. Sümük sağlamlığına müsbət təsir göstərən kalsium, maqnezium, K vitamini ilə zəngindir. Potasium və selenium qaynağıdır.
Məhsulun tərkibindəki çiçək balı çoxlu antioksidantlarla (fenollar, fermentlər, flavonoidlər və üzvi turşular kimi birləşmələr) zəngindir. Antioksidantlar infarkt, insult və bəzi xərçəng növləri riskini azaldır. Həm də göz sağlamlığını yaxşılaşdırır. Araşdırmalar balın xolesterol səviyyəsini tənzimlədiyini göstərir. Ümumi və pis xolesterolu azaldaraq yaxşı xolesterolu əhəmiyyətli dərəcədə artırır.
Balın antibakterial fəaliyyəti infeksiyaların müalicəsində təsirli olur. Balın tərkibindəki şəkərlər süni dadlandırıcılardan daha çox enerji verir və daha sağlamdır. Balın tərkibində antibakterial fəaliyyətindən məsul olan metilqlioksal var. Bu birləşmə immunitetin güclənməsinə kömək edir.
Şokoladlı-fındıqlı krem balı soyuducuda saxlasanız, yaxşıdır. Belə olduqda onun ləzzəti daha güclü hiss olunacaq.
Şokoladlı-fındıqlı krem balın əsas özəlliyi tərkibində zərərli maddələrin olmamasıdır. Yalnız və yalnız təbii, orqanik qidalar.