az6e
35 AZN
1 2e1
1 2e1
Azərbaycanda “soyuqlamısan?” – sualına “hə” cavabı verdinsə, hökmən şəfaverici qidalardan, bitkilərdən ibarət bir neçə resept eşidəcəksiniz. Bu reseptlərin içərisində 3 qida hər zaman olur: bal, limon və zəncəfil. Yaxşı, gəlin görək bu üç nemət insana nə verir?
Limon, bal və zəncəfil qarışımı bədənə kompleks şəkildə təsir edir:
Limon hüceyrələrimizi təmizləyir, C vitamini ilə zənginləşdirir, viruslardan qorunmağa kömək edir.
Bal bütöv bir ilk tibbi yardım dəstini əvəz edə bilir: bədəni gücləndirir, qida çatışmazlığını doldurur, hüceyrələrin qidalanmasını yaxşılaşdırır.
Zəncəfildə bol miqdarda A, B6, C, D vitaminləri, efir yağları, fenol birləşmələri, dəmir, kalsium, maqnezium, kalium, natrium, lif və zülallar var. Bu komponentlər sayəsində zəncəfil güclü antioksidanta çevrilir, bədənimizdəki oksidləri təmizləyir.
Zəncəfil çox faydalı olmasına baxmayaraq, çox acı olduğundan istifadədə problemlər əmələ gəlir. Amma bal ilə limon bu acılığı aradan qaldırır, soyuqdəymə, piylənmə, ürək ağrıları, daimi üşümələr, iştahasızlıq, yorğunluq, əzginlik zamanı, beyin və ümumi bədənin qan dövranının daha da yaxşı işləməsi üçün, immunitet zəifliyi üçün olduqca faydalı qarışımdır. (C)
Limon, bal və zəncəfil antik dövrlərdən bəri kilo vermək üçün istifadə edilib.
Hər evin mətbəxində vacib olan bu resepti hər kəs hazırlaya bilər. Ancaq hamı bunu uzun müddət saxlaya bilməz. Soyuducuda da saxlasanız, qısa zamanda turşuyub xarab olacaq. Səbəbini oxumaq istəyirsiniz, yəqin ki. Demək, bal elə unikal qidalardandır ki, onun tərkibində suyun bir həddi-ölçüsü olur. Bütün təbii balların tərkibində 16-20% aralığında su olmalıdır. Suyun faizi artıq olduğu təqdirdə bal xarab olacaq. Limon və zəncəfil də yaş və sulu olduğuna görə qarışımı uzun zaman saxlamaq olmur. Bunun da çarəsi var. “Balçı”nın limon-zəncəfilli krem balı. Tam təbii, sağlıqlı, şəfalı, dadlı.
Niyə bizim məhsulu seçməlisiniz? Bunun onlarla səbəbi var. Ən vacibi isə budur: YALNIZ BİZİM HAZIRLADIĞIMIZ MƏHSULU MƏTBƏXDƏ AYLARLA SAXLAYA BİLƏRSİNİZ! Xarab olmayacaq, keyfiyyəti düşməyəcək, dadı qaçmayacaq, ləzzətli qalacaq. Çünki biz limon və zəncəfilli qurutduqdan sonra üyüdürük, ələyib krem bala qatırıq. Onu hər istifadə etdikdə qarışdırmağa da ehtiyac yoxdur. Hər qaşıqda eyni ölçüdə sağlıq var. Bunu əldə etmək üçün maye bala yox, məhz krem bala qatmışıq.
Krem bal təbii baldan xüsusi üsulla hazırlanır. Heç bir qatqıdan istifadə edilmir. Sadəcə, balın üç gün ərzində qarışdırılması nəticəsində fərqli dad və görüntü ortaya çıxır. Resept Avropa mətbəxinə aiddir. Avropa ölkələrində bal daha çox krem bal kimi istehlak edilir.