Propolis

Vərəmum, bərəmum (Propolis) – arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır.Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır.

 

Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə , sonra qədim Yunanıstanda və Romada istifadə olunmuşdur. Onun dərman xüsusiyyətləri barədə Dioskorid(b.e.ə. I əsr) "Dərman vasitələri haqqında", İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu" əsərində yazmışdır.

 

Farmakoloji təsirləri

Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.

Propolis əsasən üç formada - spirtlə, suyla və balla qarışdırılaraq dərman kimi qəbul edilir. Müxtəlif kremlərdə istifadə olunur.

0 AZN
Kateqoriya :
Paylaş :
Cicek Tozu

Çiçək tozu (polen)

 

Polen çiçəkli bitkilərin erkək orqan hüceyrələridir. İçərisində çox qiymətli maddələrə görə təbiətdəki ən mükəmməl qidaların başında gəlir. Başqa heç bir təbii qida bu qədər zəngin tərkibə malik deyil. Polen ən zəngin protein qaynağıdır. İnsan bir günlük protein ehtiyacını 20 qram polen qəbul etməklə tam ödəyə bilər.

Dadı turşdur, xoşagələn ətri var. Çiçək tozu baldan 12 dəfə güclü qida hesab olunur.

 

Arılar çiçək tozunu necə toplayır?

Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur. İşçi arılar yetişmiş çiçək tozcuqlarını ağız şirəsi ilə yoğurub kündə halına salır, üçüncü cüt arxa ayaqlarında olan qarmağa sancırlar. Bu məhsulla qidalanan arı süfrələrinin kütləsi üç gündə 1500 dəfə artır.

 

Çiçək tozu xüsusi aparatla yığılır və xüsusi temperaturda, polen qurutma aparatında qurudulur.

 

Polenin tərkibi

- proteinlər(zülallar) – 11 – 35%

- karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39%

- lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20%

- makroelementlər (K, Ca, P, Fe, Mg)

- mikroelementlər (Mn, Cr, Zn, I və sair).

- vitaminlər: karotinoidlər (provitamin А), С, D, Е, В qrupu, Р, РР, H, К)

- bütün əvəzedilməz amin turşuları

- fitoharmonlar, flavonoidlər, su – 3 – 4%

 

Faydaları

Stressə qarşı davamlığı artırır

İmmun sistemini stimullaşdırır

Radiasiyaya davamlığı artırır

Qara ciyər toxumasının funksiyalarını bərpa edir

Qanın laxtalanmasını bir qədər azaldır

Qanda xolesterinin miqdarını azaldır

Qan-damar sisteminin işini yaxşılaşdırır

Həzm prosesini normallaşdırır

Sidik və öd ayrılmasını stimullaşdırır

Bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyasını tənzimləyir

Orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır

Fiziki və əqli iş qabiliyyətini artırır

Dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır

Kişi cinsiyyət qabiliyyətini artırır

 

Farmakoloji təsiri

- antisklerotik

- maddələr mübadiləsinin tənzimləməsi

- həyat tonusu qaldırılması

- antimikrob

- antivirus

- göbələk əleyhinə

- antiiltihab

- ümumi möhkəmləndirici

- cavanlaşdırıcı

- antioksidant (hüceyrədaxili yağların oksidləşməsinin qarşısını alır, bu da şiş xəstəliklərinin profilaktikasında və uzunömürlülük üçün vacibdir)

 

Bu hallarda məsləhət görülür

Asteniya, nevrasteniya, depressiyalarda

Veqetatıv nevrozlarda, baş ağrılarında,yaddaşın azalmasında

Maddələr mübadiləsinin pozulması və böyümənin ləngiməsində

Venaların varikoz genişlənməsində və ürək-damar xəstəliklərində

Onikibarmaq bağırsağın qastrit və xorasında

Nazik və yoğun bağırsaqların kolit, enterit və digər xəstəliklərində

Xroniki hepatitlərdə, şəkər xəstəliyində

Böyrəyin xroniki xəstəliklərində, prostatitlərdə

Prostat vəzinin adenomasında, impotentlikdə

Zədələnmiş toxumaların bərpasında, qocalma proseslərinin profilaktikasında

Miokard distrofiyasında

Stenokardiyada

Aterosklerozda

Anemiyada

Hipertoniyada

Ürəyin işemik xəstəliyində

Tromboza meyillilikdə

Karonarokardiosklerosda

Hipotoniyada

Saçın tökülməsində

Dermatitlərdə

Hamiləlikdə

Hipo və avitaminozlarda

Sınıqlarda, yaralarda, yanıqlarda

Konyuktivitdə, görmənin zəifləməsində

İmmunitetin zəifləməsində

Qara ciyərin bərpasında

Fiziki və əqli yorulmalarda

Radioaktiv şüalanmada

 

 

İstifadə qaydası

Çiçək tozunu bir ay qəbul etmək məsləhətdir. Profilaktik məqsədlə ildə iki dəfə - yaz və payızda. Müalicə məqsədi ilə və zəif uşaqlarda hər üç aydan bir qəbul etmək daha yaxşıdır. Böyüklər üçün 1-2 çay qaşığı, uşaqlar üçün 0,5 çay qaşığından 1 çay qaşığına qədər. Suya qarışdırdıqda bir çay qaşığı bal da əlavə etmək olar. Təzyiqi çox aşağı olanlar üçün yeməkdən sonra və bal əlavə olunması yaxşıdır.

 

Qaraciyər və böyrək xəstələri həkim təyinatıyla qəbul etməlidir. Polenə allergiyası olanların qəbul etmələri məsləhət deyil.

17 AZN
Kateqoriya :
Paylaş :
Homogenat

Homogenat

 

Homogenat (erkək bal arısı sürfələrinin həlməşiyi)

Qaymağa bənzər, özunə məxsus iyi və dadı olan homegenat çox qiymətli bioloji aktiv qidadır. Tərkibində zülallardan, təbii şəkildə testestoron, progestoron, ekstradiol kimi insana lazım olan hormonlar var. Eləcə də bütün vitamin qrupları (vitamin D-nin miqdarı isə balıq yağında olduğundan dəfələrlə coxdur) homogenatın tərkibində yer alır. Arı məhsulları içərisində vitamin zənginliyinə görə birincidir: A, E, B1, B2, B3, B5, B6

 

İstifadəsi

 

*Endokrin sisteminin pozuntuları (hipofizlər) aradan qalddırır

*Cinsi fəaliyyəti bərpa edir

*Kişilərdə spermanın yaranmasına (spermogenezə) kömək edir və qadınlarda yumurtalıqların funksiyasını bərpa edir. Klimaks hallarında yaxşı təsir edir.

*Hormonal pozuntuları aradan qaldırır

*Homogenatı güləmlə birgə qəbul etdikdə zob və digər şişlərin müalicəsində istifadə edilir

*Sonsuzluqda (istər kişi, istər qadın) güclü təsirə malikdir

*Orqanizmə cavanlaşdırıcı təsir göstərir, orqanların pozulmuş funksiyalarını normaya salır

*Hipo və avitaminoz

*Fiziki və zehni yorğunluq

*Prostat vəzinin adinoması

*Yaşlı və zəif adamlarda müqaviməti artırır

*İmmunitetin zəifləməsi

*Mərkəzi sinir sistemini nizamlayır

*İştahanı artırır, yuxunu nizama salır

*Arterial təzyiqi nizamlayır, qan-damar sisteminin işini normallaşdırır
*Fiziki və əqli iş qabiliyyətini artırır

*Qaraciyər və mədəaltı vəzi xəstəliklərində və s. istifadə olunur

*Qan azlığında müsbət təsir edir, qan dövranını nizamlayır

*Bronxlarda yaranan problemlərdə, xroniki öskürəklərdə

*Yüksək arterial təzyiqin aşağı salınmasını təmin edir, eləcə də qanda xolesterinin səviyyəsini tənzimləyir

*Kimyəvi terapiyadan və şüa terapiyasından sonra

*Asteniya, fiziki və psixi yorğunluq, stress və depressiya hallarında

 

İstifadə qaydası

 

1) Saf halda Homogenatı 2 ml səhər və axşam dilin altına kiçik porsiyalarla qoyub sovurmaq lazımdır.

 

2) Balla birin-birə qarışığını gündə bir dəfə yeməkdən yarım saat əvvəl iki gün yarım çay qaşığı qəbul etmək. Ağıza qoyduqdan sonra dili damağa dirəmək lazımdır ki, homogenat dilin altına keçsin. İki gündən sonra bir çay qaşığı. Üç həftə (21 gün) kifayət edir. Bir-iki ay fasilədən sonra təkrar qəbul etmək olar. (Ağız suyu qarışdıqca hərdən dilin ucunda bir az ayırıb udqunmaq olar. Ağız boşluğunda nə qədər çox saxlasanız bir o qədər yaxşıdır). Uşaqlar üçün bu doza 2 dəfə azaldılır.

 

 

P. S. Xam halda dondurucuda donur. Hər dəfə donu açılıb təzədən dondurulanda və bu proses dönə-dönə təkrarlananda keyfiyyətinə mənfi təsir edir. Balla qarışığı isə donmur. Ona görə də balla qarışığının qəbulu və saxlanması məsləhət görülür.

 

Homogenatı yüksək təzyiqi olan adamlar ehtiyatla qəbul etməlidir. Protein tərkibi həddindən artıq çoxdur. 12 yaşınadək qızlara tövsiyə olunmur.

35 AZN
Kateqoriya :
Paylaş :
Güləm

Güləm [perqa, arı çörəyi] çiçək tozunun arılar tərəfindən emal olunması nəticəsində əldə olunan arı məhsuludur.

Tərkibində 40% kalium, 25% maqnezium, 17% dəmir, 17% kalsium və insan orqanizmində biokimyəvi proseslərin normal getməsi üçün lazım olan 240 yaxın maddə vardır. Biokimyəvi aktiv maddələr, amin turşusu, makro və mikro elementlər, yağlar, zülallar, karbohidratlar, vitaminlər, antibiotiklər, fitohormonlar, fermentlər və s. ilə zəngindir.

Güləmin tibbi əhəmiyyəti:

Ürəyin işemik xəstəliyi
İnfakt, insult, hipertoniya
Stresə qarşı davamlılıq
İmmunitet artımı
Anemiya
Qaraciyər toxumalarının funksiyasının bərpası(hepatit)
Öd ifrazının tənzimlənməsi
Qanda “pis” xolesterinin miqdarının azaldılması
Qan-damar sisteminin işinin asanlaşdırılması
Xroniki böyrək xəstəlikləri
Prostat vəzi adenoması
Fiziki və zehni yorğunluqda yaddaş artımı

İstifadə qaydası

4 qr güləm + 1 çay qaşığı bal 150 ml ilıq suda (35-40 dərəcə) həll edib yeməkdən 1 saat əvvəl kiçik porsiyalarla qəbul etmək4 qr güləm + 1 çay qaşığı bal qarışdırıb yeməkdən 1 saat əvvəl somurmaqla udmaq (uşaqlar üçün doza iki dəfə az).

Gündə 1 dəfə olmaqla 20 gün qəbul edilir. 10 gün fasilə verilir.

30 AZN
Kateqoriya :
Paylaş :
Arı südü

Arı südü

Cavan işçi arıların udlaq üst çənə vəzilərinin istehsal etdiyi arı südü qaymaq rəngində olub, özünəməxsus iyi və dadı var. Ağız şirəsi ilə qarışdırıb udduqda udlağı kəskin qıcıqlandırır. O dünyada mövcud olan qidaların ən üstünü hesab olunur.

Tərkibi

Zülallar, karbohidratlar, yağlar, mineral maddələr, aminturşular, hormonlar, mikroelementlər və s. ilə zəngindir. Arı südünün tərkibində 400-dən çox bioloji aktiv maddələr və mikroelementlər var. Tibbdə 100-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Arı südünü həyat eliksiri də adlandırırlar.

Tibbi əhəmiyyəti

*Ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır

*Qan təzyiqini normallaşdırır

*Qaraciyərin funksiyasını bərpa edir

*Qan əmələgəlməsini stimullaşdırır

*Qanda "pis" xolesterinin miqdarını azaldır

*İmmun sistemini gücləndirir

*Orqanizmi cavanlaşdırır, qocalmanı ləngidir

*Əqli və fiziki iş qabiliyyətini artırır

*Güclü biostimullaşdırıcıdır və tonus aparandır

*Öd kisəsi və öd yollarının soyuqlamaları

*Qaraciyərin müxtəlif mənşəli soyuqlamaları və serozu

*Şəkərli diabet

*Uşaqların inkişafını sürətləndirir

*Kosmetoloji vasitələrin tərkibində dərini təravətləndirir.

İstifadə qaydaları

Arı südü profilaktik məqsədlə gündə bir dəfə yeməkdən bir saat əvvəl 250 mq, yəni yarım qramın yarısı qədər dilin altına qoymaq lazımdır. Sovurmaq və danışmaq olmaz. Dilin altında nə qədər çox qalsa o qədər effektlidir.

Müalicə məqsədi ilə iki dəfə səhər və günorta yeməkdən bir saat əvvəl. Uşaqların qəbulunda çox ehtiyatlı olmaq lazımdır. Dozanı aşmaq olmaz. Kibrit çöpünü arı südünə batırıb uşaqların dilinin altına sürtmək olar. Yaxud 0,5 çay qaşığı bal götürüb kibrit çöpünü arı südünə batırıb bala qarışdırmaq olar. Hər üç aydan bir qəbul etmək olar.

45 AZN
Kateqoriya :
Paylaş :
Şabalıd balı

Şabalıd balı ən faydalı bal növlərindən biri hesab olunur. Şabalıd balı təkrarolunmaz ətri, kəskin dadı, cüzi acılığı və tünd-qəhvəyi rəngi ilə digər ballardan seçilir. Balın rəngi nə qədər tünddürsə, ətri də bir o qədər aydın hiss olunur. Uzun müddət xarlanmır. Şabalıd balı əsasən Şəki-Zaqatala bölgəsində yığılır.

Şabalıd balı təbii antibiotik kimi tanınır. Tərkibində çiçək balı ilə müqayisədə 2 dəfə artıq dəmir, 3,5 dəfə artıq kalsium, 5 dəfə artıq kalium var.

Faydaları

- astma xəstəliyinə qarşı təsirlidir

- immunitet sistemini gücləndirir

- öskürəyin kəsməsinə kömək edir

- qaraciyər xəstəliklərinin qarşısını almaqda təsirlidir

- üst tənəffüs yolları infeksiyalarının müalicəsində təbii antibiotik olaraq istifadə edilir

- təbii antibiotik kimi daha çox mədə və bağırsaq narahatlıqlarını, həzm problemlərinin aradan qaldırır

- bədən müqavimətinin artırır

- əsəb pozğunluqları və yuxusuzluq zamanı faydalıdır

- göy öskürək, astma, bronxit və nəfəs tutulma xəstəliklərinə qarşı çox effektlidir

- güclü antioksidant təsirə, yəni xərçəngə qarşı da güclü müalicəvi xüsusiyyətə malik olduğu bildirilir

- prostatit xəstəliyinin müalicəsində və profilaktikasında istifadə edilir

- şabalıd balından yaraların, o cümlədən irinli yaraların, yanıqların, eləcə də soyuqdəymə və zökəmin müalicəsində istifadə edilir

- öd axarını stimullaşdırır və qaraciyərdə durğunluq halları və ya digər problemlər müşahidə olunduqda istifadə edilir

- şabalıd balını varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdır

- qan dövranı sistemi, ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikasına istifadə olunur

- bir ay qəbul edildikdə ürək-damar sistemi möhkəm və elastik olur, ürəyin işi və arterial təzyiq normaya düşür, ateroskleroz aradan qalxır

- şabalıd balının turşuluq səviyyəsi aşağıdır, mədənin selikli qişasını qıcıqlandırmır, mədə-bağırsaq xorasının müalicəsində istifadə olunur

- həzmi asanlaşdırır, qəbzliyə, bağırsaqda yaranan qaza yaxşı təsir edir

- tənəffüs yolları xəstəliklərində istifadə olunur, iltihab və şişləri aradan qaldırır

- sarılıq xəstəliyi, qəbizlik, halsızlıq və cinsi zəiflik zamanı istifadə edilir

 

Şabalıd balının tərkibi

Manqan, dəmir, mis, fruktoza və müxtəlif vitaminlərlə zəngindir.

 

Qəbul qaydası

Gündəlik norma 60-100 qramdır. Bir neçə dəfə qəbul etmək olar. Uşaqlar üçün bu göstərici 2 dəfə azaldılır.

Diqqət!

Qan şəkərindən əziyyət çəkən şəxslər ehtiyatla istifadə etməlidir. Şəkər xəstələri, hamiləlik şəkərindən əziyyət çəkən qadınlar, şəkər xəstəliyi riskində olanlar, polikistik over sindromundan əziyyət çəkənlər şabalıd balını həkim məsləhəti ilə qəbul etməlidir.

36 AZN
Kateqoriya :
Paylaş :
Akasiya balı

Akasiya balı olduqca şəffaf, gözəl ətirli və dadlı olur. Gec xarlanan və yüksək keyfiyyətli bal sayılır.

Ağ akasiya aprel və may ayında çiçək açır. Arılar Ağ Akasiyadan balı ən çoxu iki həftəyə yuvaya daşıyır. Bundan sonra bir neçə həftə ərzində pətədə qalan bal iki-üç dəfə arılar tərəfindən yeri dəyişdirilir və beləcə yetişir. Ağ Akasiya balı əsasən iyun ayında çəkilir.

 

Akasiya balı olduqca fərqli dada malikdir. Həm genetik, həm də tərkib baxımından ciddi faydaları olan bu balın qəbulu da insanlara xoş təsir edir. Bəsləyici, qüvvətverici və mikrobların çoxalmasının qarşısını alan bəlkə də ən yüksək keyfiyyətli baldır.

 

Ağ ciyər xəstəliklərinin müalicəsində olduqca güclü təsiri var. O cümlədən bağırsaq iltihabını ortadan qaldırır. Öskürək, nəfəs çatışmazlığı  və başqa ağ ciyər xəstəliklərində müalicəvi təsiri var. Xüsusi ilə sinir sisteminin qoruyucu və gücləndirici özəlliyi ilə bilinir. Sinir hüceyrələrini sakitləşdirir. Akasiya balı Qafqaz və Türkiyə arıları tərəfindən istehsal olunan özəl baldır.

 

Yaraları sağaldır. Bal uzun müddətdir ki, sağaldıcı və dadlandırıcı kimi istifadə olunur. Uşaqlarda çox rastlanan ağız iltihablarına qarşı istifadə olunur.

 

Balın tərkibində olan çeşidli vitamin, mineral, orqanik turşu və fermentlərə görə həzm prosesi asan, bəsləyici və bir xəstəliyə qarşı qoruyucu və müalicəedici xüsusiyyətlərə malikdir.

 

Bal xüsusi ilə zəngin tərkibinə görə sağlıqlı yaşamda öndə gələn qida maddəsidir. Bal difteriya, boğmaca, vərəm, xora, bəzi dəri və sinir sistemi xəstəlikləri kimi 500-ə qədər xəstəliyin müalicəsində müsbət təsirləri var. Antimikrob, antioksidant təsiri var. Xeyirlərinə görə balın hər gün nizamlı olaraq istifadəsi məsləhət görülür.

 

Balın tərkibinə mis, litium, manqan və xrom, B, C və E vitaminləri daxildir. Akasiya balının məsləhət görülən gündəlik ölçüsü böyüklər üçün  maksimum 100 qram, uşaqlar üçün isə  30 qram olmalıdır.

 

Akasiya balı dadına görə digər ballardan daha çox sevilir və qəbul olunur. Olduqca ləziz və xoşagəlimlidir.

Ağ akasiya balı nisbətən gec xarlayır.

Akasiya balının faydaları:

ümumi möhkəmləşdirici, qidalı, cavanlaşdıran təsiri var;

qan təzyiqini aşağı salır;

antiseptik, antibakterial xüsusiyyətləri var;

Sinir sistemini sakitləşdirir;

Yuxunu normallaşdırır;

Hemoqlobin artırır;

Mədə-bağırsağın vəziyyətini yaxşılaşdırır.

 

Ağ akasiya balı uşaqlar üçün ideal baldır.

 

Balı yüksək temperatura qədər qızdırmaq məsləhət deyil, bu, onun tərkibinə daxil olan faydalı maddələri dağıdır. Ən yüksək temeperatur 45 dərəcə olmalıdır.

 

30 AZN
Kateqoriya :
Paylaş :
Cökə balı

Cökə ağacının çiçəklərindən toplanan bal zərif ətirli, özünə məxsus dada malikdir. "Balçı" təqdim etdiyi cökə balını arılar Azərbaycanda bitən cökə ağaclarının çiçəklərindən toplayır. Cökə balının rəngi açıq, digər ballara nisbətən qatı, dad və qoxusu fərqlidir. Bu bal müalicəvi əhəmiyyətinə görə seçilir.

Tərkibi

qlükoza – 36,5%

fruktoza –  39,2%

nişasta – 3,2%

30%-ə qədər zülal, mikroelementlər, A, E, K, B vitamin kompleksi, mineral duzlar, yağ, şəkər, 300-dən çox maddə və element

Cökə balının faydaları

Sinir sistemini gücləndirir və qoruyur

İnsan bədəninə sakitləşdirici təsir edir

Xərçəngi önləmə gücünə malikdir

Tərləməyə kömək etdiyi üçün soyuqdəymədə faydalıdır

Temperaturu salır, öskürəkdən qurtulmağa yardımçı olur. Həm bəlğəmli, həm quru öskürəyi olanlar cökə balı qəbul etməlidir

Qorxu və narahatlığı azaldır

Xüsusi ilə qrip və soyuqdəymədə yararlıdır

Depressiya və stressin təsirini azaldır, rahatlaşmağa kömək edir

Miqren səbəbindən yaranan baş ağrılarını kəsir

İshala qarşı təsirlidir

Əzələ ağrısı, sıxılma və əzələ spazmasına qarşı yaxşı təsir göstərir

Qan təzyiqini aşağı salır

Bədəndən toksinləri xaric etməkdə təsirlidir

Ürək döyüntülərini aradan qaldırır və təskinlik gətirir

Həzm prosesi yaxşılaşdırır

Boğaz ağrılarını azaldır

Öd kisəsi xəstəlikləri, xüsusilə öd kisəsi daşlarında faydalıdır

Qara ciyər xəstəliklərinin müayinəsində istifadə olunur

Damar sərtliyini yaxşı təsir göstərir. Bu isə ürəyə xeyirlidir

Sinir sistemi və maddələr mübadiləsinin işini nizamlayır

İstifadə qaydası

Süd, çay və ya su ilə qarışdırılaraq qəbul edilə bilər. Qarışdırılacaq mayenin ilıq olması məsləhətdir. Çünki yüksək temperatur balın keyfiyyətinə mənfi təsir edir.

Enerji dəyəri: 100 q - 300 kkal

30 AZN
Kateqoriya :
Paylaş :
Dağ balı

Dağ balı

30 AZN
Kateqoriya :
Paylaş :
Həmişəgöyəm balı

Həmişəgöyəm (Sarmaşıq) balı və xüsusiyyətləri haqqında geniş məlumat

Balın bu növünü arılar mənşəyini Qafqaz dağlarından götürən ətrafa yayılan sarmaşıqdan (həmişəgöyəmdən) toplayır. Həmişəgöyəm balı özünəməxsus qoxuya, kiçik kristallara malik, yağlı qarışığa, eləcə də açıq sarı rəngə malik olur. Malik olduğu özəlliklərə gəlincə, bu bitkidən əldə olunan bal insan orqanizmində maddələr mübadiləsini normallaşdırmaqla yanaşı, soyuqdəymə, virus infeksiyaları, eləcə də tənəffüs sistemi xəstəlikləri zamanı da istifadə olunur. Əgər siz qeyri-adi, eksklüziv bal axtarırsınızsa, həmişəgöyəm balı sizin uğurlu seçiminizdir.

Həmişəgöyəm balı - balın yeni, nadir növlərindən biridir. Bitkinin bu növü bir qayda olaraq payızda çiçəkləyir. Buna görə də bu bitkidən bal toplanması sentyabr-oktyabr aylarına təsadüf edir. Həmişəgöyəm bitkisindən alınan bal füsunkar dada, təkrarolunmaz ətrə malikdir. Bitkinin balı özünün zərifliyi, yumşaqlığı ilə krem və ya kərə yağını xatırladır. Həmişəgöyəm bitkisindən əldə olunan balın dadı çox şirin olur, sanki ağızda əriyir və özündən sonra dadını uzun müddət ağızda saxlayır.

Həmişəgöyəm – mükəmməl təbibdir. Onun tərkibində insan orqanizmi üçün xeyirli olan karotin, alma və qarışqa turşusu, fitonsidlər , qlükozid hederin, saponin kimi komponentlər mövcuddur. Eyni zamanda həmişəgöyəm balı bəlğəmgətirici, sekretolitik (bəlğəmdurulaşdırıcı) və tonuslandırıcı xüsusiyyətlərə də malikdir. Məhz bu səbəbdən həmişəgöyəm bitkisindən alınan bal öskürək zamanı effektiv olmaqla yanaşı, soyuqdəymə zamanı insanın daha tez tərləməsinə yardımçı olur. Həmişəgöyəm balının daha bir özəlliyi müxtəlif xarakterli soyuqdəymələr zamanı da köməyə gəlməsidir. Bununla yanaşı, həmişəgöyəmdən əldə olunan bal böyrək və öd yolu, həzm sistemi xəstəlikləri (qastrit, duodenit, enterit və kolit) üçün də mükəmməl vasitədir. O, insanın tənəffüs yollarını da təmizləmək üçün faydalıdır.

Həmişəgöyəm balından xalq təbabətində də geniş istifadə olunur. Xüsusən də onun qaraciyər və dalağın, revmatizm, eləcə də podaqranın müalicəsində faydalı olduğu deyilir. Eyni zamanda bu bitkinin balı yanıqlar, dermatit, irinli yaralar üçün də effektivdir.

Onun malik olduğu antibakterial, iltihab və göbələk əleyhinə xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində son dərəcə faydalıdır.

Qeyd edək ki, həmişəgöyəm  balından ağır və uzun sürən xəstəliklər, kəllə-beyin travmaları və asteniya zamanı psixoemosional  gərginliyi aradan qaldıran vasitə olaraq da yararlanmaq mümkündür. Həmişə göyəm balı əqli inkişafı sürətləndirən, sinir sisteminə müsbət təsir göstərən və əhvalı yüksəldən bir bal növü kimi də tanınır.

30 AZN
Kateqoriya :
Paylaş :
Fındıqlı bal

Fındığın tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ehtiyacını 100 faiz ödəyir. Qan-damar sisteminin sağlamlığı üçün faydalı olan doymamış yağla da boldur. Bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Bu dadlı meyvə xolesterolu salır, ürək ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir.

Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl "min bir dərdin dərmanı"dır.


Bal əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Cökə balı öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur. Azərbaycanda ən yaxşı ballardan biri hesab olunur.

18 AZN
Kateqoriya :
Paylaş :
Enerji uçuşu

Balçının əvəzsiz “Enerji uçuşu” qarışımı. Tərkibində 9 möhtəşəm, ləzzətli, təbii qida olan bu qarışım sizə gözəl hislər yaşadacaq!

Enerji, sevgi, rahatlıq, güc, sağlamlıq, ləzzət…

Qoz, fındıq, badam, qara gavalı qurusu, qara kişmiş, ərik qurusu, əncir qurusu, çiçək tozu və bal

1. Qoz 
Qoz insan beyninə bənzəməsi və beyinə faydalı olması ilə diqqət çəkir. Zehni qüvvətləndirir, qavramanı artırır. Tərkibində omeqa 3 maddəsi olduğu üçün ürək damarlarının tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Xolesterolu aşağı salır. Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır. Öd daşının meydana gəlməsinin qarşısını alır. Qozun tərkibindəki melatonin yuxu pozğunluğu narahatlığını aradan qaldıra bilir. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir. Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir.

2. Fındıq (Qovurulmuş-qabıqsız)
Fındıq vitaminlə zəngin meyvələrdən biridir, onun tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ehtiyacını 100 faiz ödəyir. Qan-damar sisteminin sağlamlığı üçün faydalı olan doymamış yağla da boldur. Bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Bu dadlı meyvə xolesterolu salır, ürək ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir.

3. Badam
Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda istifadə olunur. Badam orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Badam və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir.

4. Qara kişmiş
Kişmişin tərkibində B2, B3, tiamin, retinol, dəmir, kalsium, maqnium, mis kimi maddələr var. Bu maddə və vitaminlər həzm və qəbizlik problemlərində kömək edirlər. Əsəb sistemi, ateroskleroz, ürək xəstəlikləri zamanı, damaq qanamasında kişmişin faydası əvəzsizdir. 50 qram kişmiş insanın günlük enerji tələbatını ödəyir. Digər çərəzlərlə müqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir. Qara ciyərin və həzm prosesinin aktiv fəaliyyət göstərməsinə kömək edir. Kişmiş dəmirlə zəngindir. Diş və sümükləri gücləndirir. İnsana enerji verir. Hamilələrə və körpələrini əmizdirən analara tövsiyə olunur. Göz üçün çox faydalıdır. Xərçəng xəstəliyinə, xüsusilə də bağırsaq xərçənginə qarşı təsirlidir. Klimaks dövründə qadınlar bol miqdarda kişmiş yeməlidirlər.

5. Qara gavalı qurusu
Qara gavalının tərkibində xeyli miqdarda dəmir olduğu üçün, o avitaminoz və ya qanazlığı zamanı əvəzolunmaz vasitədir. Mədə xəstəliklərinin müalicəsində də istifadə olunur. Qara gavalı artıq çəki probleminin öhdəsindən gəlməyə kömək edir. Güclü antibakterial xüsusiyyətlərə malikdir. Qara gavalı orqanizmi tonusda saxlayır, iş qabiliyyətini artırır, əhval-ruhiyyəni yüksəldir. Qara gavalıdan xalq təbabətində böyrəklərin, qaraciyərin və ürəyin müalicəsi zamanı geniş istifadə edir.

6. Əncir qurusu
Əncir qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və çox faydalıdır. Ödqovucudur və qara ciyəri möhkəmləndirir. Əncirin tərkibində olan yüksək miqdarda kalsium, fosfor sayəsində sümük və dişləri möhkəmləndirir. Əncirin tərkibində olan maqnezium, fosfor xərçəngə qarşı mübarizədə təsirlidir. Həmçinin, sidiyin tutulmasına, şiddətli ürək döyüntüsünə, qəbizliyə qarşı xеyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. Quru əncir qış aylarında təbii dərman kimi istifadə edilir. Uşaqlar üçün çox faydalıdır. Tərkibindəki protein sayəsində vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edir, xolesterolun qana qarışmadan bədəndən atılmasına kömək edir. Maqneziumun 30, fosforun 20, B1 vitaminin 5, B2 vitaminin isə 4 faizini əhatə edən quru əncir bağırsaqların müntəzəm çalışmasını təmin edir. Qrip infeksiyalarının əngəlləyir, dərini gözəlləşdirir.

7. Ərik qurusu
Ərik qurusunun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var. Ərik qurusunun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral – kalium və maqnezium – var. Kardioloqlar pasientlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər. Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir. Ərik qurusu bağırsaqların normal fəaliyyəti üçün çox faydalıdır. Sidikqovucu preparatları qəbul edən insanlar mütləq ərik qurusu yeməlidir. Əksər sidikqovucu preparatlar orqanizmdən kaliumu yuyub aparır. Bu isə ilk növbədə ürəyin sağlamlığına mənfi təsir edir. Ərik qurusu hamilə qadınlar üçün çox faydalıdır.

8. Çiçək tozu
Polen çiçəkli bitkilərin erkək orqan hüceyrələridir. İçərisində çox qiymətli maddələrə görə təbiətdəki ən mükəmməl qidaların başında gəlir. Başqa heç bir təbii qida bu qədər zəngin tərkibə malik deyil. Polen ən zəngin protein qaynağıdır. İnsan bir günlük protein ehtiyacını 20 qram polen qəbul etməklə tam ödəyə bilər. Dadı turşdur, xoşagələn ətri var. Çiçək tozu baldan 12 dəfə güclü qida hesab olunur.

Çiçək tozu stressə qarşı davamlığı artırır, immun sistemini stimullaşdırır, qara ciyər toxumasının funksiyalarını bərpa edir, qanın laxtalanmasını bir qədər azaldır, xolesterinin miqdarını azaldır, qan-damar sisteminin işini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, sidik və öd ayrılmasını stimullaşdırır, bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyasını tənzimləyir, orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır, fiziki və əqli iş qabiliyyətini artırır, dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır, kişi cinsiyyət qabiliyyətini artırır.

9. Bal (Dağ balı)
Bal əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Cökə balı öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur. Azərbaycanda ən yaxşı ballardan biri hesab olunur.

20 AZN
Kateqoriya :
Paylaş :
Qozlu bal

Qoz insan beyninə bənzəməsi və beyinə faydalı olması ilə diqqət çəkir. Zehni qüvvətləndirir, qavramanı artırır. Tərkibində omeqa 3 maddəsi olduğu üçün ürək damarlarının tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Xolesterolu aşağı salır. Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır. Öd daşının meydana gəlməsinin qarşısını alır. Qozun tərkibindəki melatonin yuxu pozğunluğu narahatlığını aradan qaldıra bilir. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir. Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir.

Bal əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Cökə balı öz ətrinə və yaxşı dadına görə yüksək qiymətləndirilir. Cökə balı şəffaf yaxud açıq sarı rəngdə olur. Azərbaycanda ən yaxşı ballardan biri hesab olunur.

20 AZN
Kateqoriya :
Paylaş :
MONEY BACK GUARANTEED

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur

FREE WORLDWIDE DELIVERY

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur

ONLINE SUPPORT 24/7

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur